adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Aprel 2020 08:50
24959
ŞOU-BİZNES
A- A+

Dünya ulduzlarının karantin əyləncələri - nələr var nələr...

Dünyanı bürüyən koronavirus infeksiyası, onunla bağlı müxtəlif nəzəriyyələr, pandemiyanın nə zaman bitəcəyi və bunun üçün hər bir insanın üzərinə düşən vəzifələr yaşından, məsləyindən, irqindən asılı olmayaraq hər kəsi narahat edir və hər kəs də həm öz sağlamlığı, yaxınlarının –doğmalarının sağlamlığı xatirinə evdə qalmağı vacib bilir. Dünya şou-biznesinin nümayəndələridə bu prosesə qoşularaq evdə qalır və hər gün evdə sıxılmamaq-darıxmamaq ücün müxtəlif əyləncə və maraqlı hərəkətlərə imza atırlar. Bu yolla həm özlərini, həm də sosial şəbəkə izləyicilərini əyləndirirlər, vaxtlarını maraqlı edirlər.

Adalet.az xəbər verir ki,Rusiyalı müğənni Olqa Buzova öz "İnstagram” səhifəsində tez hazırlanan əriştəli vanna qəbul etməsinin videosunu paylaşıb.



O.Buzova bunu azərbaycanlı bloqer Hüseyn Həsənovun çellencinə qoşularaq edib. Müğənni vanna qəbul edərək, əriştədən yeyib.Qeyd etmək lazımdır ki, soydaşımızın çellencinin beş ağlasığmaz tələbi var. Bundan əvvəl O.Buzova öz brend paltarlarını yandırıb, beysbol taxtası ilə plazma televizoru sındırıb və hətta saçını kəsib.

Aktrisa Mariya Liman son günlərin trendinə çevrilən "pillowchallenge”ə qoşulub.Aktrisa "Instagram” səhifəsində çılpaq bədənini yastıqla örtərək fotosunu paylaşıb.Aktrisa, həmçinin, paylaşımında bu yay ağ geyimlərin dəbdə olması barədə zarafat edib.


Amerikalı aktrisa, teleaparıcı, model Tayra Benks karantin günlərində çəkisini 15 kiloqram artırıb."Harper's Bazaar” jurnalına müsahibə verən model bununla kifayətlənməyərək, çəkisini daha da artırmaq fikrində olduğunu deyib.


46 yaşlı aktrisa gündəlik qidasından danışıb. O, səhərlər acqarına şəkərsiz tünd qəhvə, süd və sirop içir. Bundan başqa, onun menyusuna qaymaqlı-pendirli simit, qızardılmış basdırma və müxtəlif dadlı çipslər daxildir. Benks, həmçinintez-tez yeməyi kənardan sifariş verdiyini, xüsusilə ənənəvi Meksika qidası olan takonu sevdiyini qeyd edib. Model, eyni zamanda, nə vaxtsa artıq çəkidən qurtulacağını deyib, amma bunuyaxın günlərə planlaşdırmadığını əlavə edib.

Koronavirus pandemiyasının dünyada tüğyan etməsinə baxmayaraq bəzi qadınlar bu xəstəliyi "dəbli trendə” çevirməyə çalışır.



Bəzi modabazların "ixtira etdiyi” karankini adlı geyim ("quarankinis” — "karantin üçün bikini”) izləyicilər tərəfindən birmənalı qarşılanmır.


Əsasən, tibbi maska qıtlığı müşahidə edilən ölkə sakinləri bu trendi tənqid atəşinə tutub. 

Qeyd edək ki, ilk dəfə bu cür şəkli vyetnamlı bloqer və Good.sg internet-dükanının sahibi Oan (Oanh) paylaşıb.Bloqerin çoxlu sayda tənqidi yazıdan sonra bu şəkli pozaraq izləyicilərindən üzr istəməsinə baxmayaraq, dünyanın fərqli nöqtələrində yaşayan qadınlar bu "trendə” qoşulub.



Dünya vurhvurda olduğu zaman məşhur ulduz Selena Qomez tanınmış rok ifaçısı olmuş Tom Pettinin malikanəsini satın alıb. 10 otağı olan villanın gizli girişləri də var. Müğənni ABŞ-ın Kaliforniya ştatında yerləşən bu malikanəni 4,9 milyon dollara alıb. 1989-cu ildə inşa edilən malikanəyə sonradan modern üslub əlavə edilib. Villanın altıyataq və altıhamam otağı var. Növbəti araşdırmamızda daha nələr baş verdiyini oxucularımıza catdıracağıq.

Əntiqə Rəşid