adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Aprel 2020 11:12
40691
ƏDƏBİYYAT
A- A+

ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ...

Lətif Şüküroğlu-60

Lətif Şüküroğlu (Babayev) "Cümhuriyyət hökuməti repressiya məngənəsində”, "Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, "AXC dövründə ordu quruculuğu” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur.

İxtisasca jurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçı tək onu avtobioqrafik "Taleyin izləri” romanı təmsil edir.

Bioqrafiyasının bir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olan polkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır.

ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ...

Gəncliyin qızıl illərində Rəfiq Özdəkin "Türkün qızıl kitabı”nı bir də əlimə götürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu. "İndiyədək niyə fikir verməmişəm?” Lətiflə neçə ildi eyni qurumda çalışırdıq. Ancaq Lətif özü də bu barədə danışmamışdı. Dəyərli bir kitabın tərcüməsi üçün ona "sağ ol” dedim.

Lətif adı gələndə, Qarabağ uğrunda şəhidlər verən Zəngilana xidməti ezamiyyətdəykən yazdğım şeirim yadıma düşür həmişə, xüsusən də, bu misralar:

Di gəl bu qansız ağaclar

gör necə ürəkdən açıb...

...Gözlərimi Lətifin telefon zənginə açdım, gecə gec yatmışdım. "Sənin ilin gördün də necə başladı,” tez onu qabaqladım. "Nə olsun, koronavirus qadağaları sənin doğulduğun gündən sərtləşdi,-”dedi.



Gülüşdük.

"Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyi var, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif.

"Ancaq Zəngilanda barıt qoxulu havada belə, ağaclar ürəkdən açırdı,” öz-özümə düşündüm. "Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyən son ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim.

Bir yaz səhəri mənə Zəngilandan zəng elə, Lətif!

Və... səsini "su kimi

alışan ruhuma çiləyim...”

Qardaşxan

aprel, 2020

P.S. "Karantin fürsəti”ndə mənə qalın-qalın kitablar yazmağı arzulayan dost, qoy bu kiçik yazı bir başlanğıc olsun.