adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Aprel 2020 10:01
31351
KRİMİNAL
A- A+

Azərbaycanda tragikomik hadisə: Viski oğurlayarkən bıçaqlandı, polisə şikayət etdi

Gəncə şəhərində maraqlı hadisə baş verib.

Hüquq-mühafizə orqanlarından verilən məlumatına görə, oğurluq edən şəxs polisə müraciət edərək, başqa bir cinayət barədə şikayət verib.

Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Zeynalov müraciəti zamanı bildirib ki, şəhərdə yerləşən marketlərdən birindən viski oğurlamağa cəhd edib. Bu zaman marketin əməkdaşları onu tutublar.

O iddia edib ki,tanımadığı şəxs (və ya şəxslər) tərəfindən ayaq nahiyəsindən bıçaqlayıb.

Onun kim tərəfindən bıçaqlandığı hələlik müəyyən edilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.(oxu.az)