adalet.az header logo
  • Bakı 7°C
13 Aprel 2020 09:27
27484
İQTİSADİYYAT
A- A+

Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,48 faiz azalaraq 4,634 milyon dollar təşkil edib.

Bunu Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabata əsasən, mart ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin mart ayı ilə müqayisədə 4,24 faiz azalıb və 1,605 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalaraq 415,26 milyon dollar təşkil edib.

Dəri məmulatları ixracı hesabat dövründə Türkiyənin ümumi ixranını 1 faizini təşkil edib.

Mart ayında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı ötən ilin mart ayı ilə müqayisədə 26 faiz azalıb və 130,22 milyon dollara bərabər olub.

Son 12 ay ərzində (mart 2019 – mart 2020) Türkiyə 1,641 milyard manat məbləğində dəri məmulatı ixrac edib.