adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Aprel 2020 23:25
65005
MƏDƏNİYYƏT
A- A+

Bu, xalq artistinə qarşı mənəvi terrordur – Millət vəkili

Mən xalqımızın sevimlisi, xalq artisti Afaq Bəşirqızına qarşı bəzi mənfur ünsürlər tərəfindən aparılan mənəvi terroru qətiyyətlə pisləyir və dərhal bu iyrənc kampaniyanı dayandırmağa çağırıram.

Adalet.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət HəsənquliyevModerator.az-a açıqlamasında deyib.

"Afaq xanım xalqını sevən, onun ağrı-acısı ilə yaşayan, öz mövqeyi olan bir ziyalımızdır. Afaq xanımın çıxışına tam qulaq asıb, onun məzmununa qiymət vermək lazımdır. Ayrıca kontekstdən çıxarılmış bir cümləni müzakirəyə çıxarmaq yolverilməzdir. Bundan başqa, hər kəs hansısa fikrini bəzən uğursuz ifadə edə bilər. Əgər kimsənin qiymətləndirməsi tənqididirsə, həmin fikrə etika çərçivəsində etiraz edib münasibət bildirmək olar. Amma danışarkən ağızlarından çirkab tökməyə alışmış bu qaragüruhçular əslində xalqımızı parçalayıb nəyəsə nail olmaq istəyirlər, amma əminliklə deyirəm ki, qazanacaqları xalqımızın nifrəti olacaq”, - Q.Həsənquliyev bildirib.

Qeyd edəkki, xalq artisti Afaq Bəşirqızının "Azadlıq” radiosunun efirində səsləndirdiyi ifadələr sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib.