adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Aprel 2020 19:37
19335
İDMAN
A- A+

Məşhur futbolçudan maaş endiriminə sərt reaksiya: “Oxumadan cırıb atdım”

Rusiyanın "Lokomotiv” klubunun perulu futbolçusu Cefferson Farfan maaş endirimi təklifinə sərt reaksiya verib.

Dünyada yayılmış yeni tip koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bir çox sahələr kimi futbol sənayesi də zərər görüb. Bu səbəbdən bir çox klublar oyunçularına maaş endirimi ilə bağlı təkliflər ediblər.

Farfan isə klubu tərəfindən ona yollanılmış sənədi oxumadan cırıb atdığını deyib: "Doğrudur, futbolda hər şey pul deyil, amma bir anlaşma var. Mənə rusca yazılmış axmaq bir kağız yolladılar. Oxumadan cırıb atdım. O pul mənim haqqımdır. Puluma toxunmayın, nə istəyirsiniz edin”.

Qeyd edək ki, "Lokomotiv” futbolçularına 40% maaş endirimi təklif edib.