adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Aprel 2020 15:32
15709
İDMAN
A- A+

“Arsenal” futbolçuları yalnız bu şərtlə maaşlarını bütöv şəkildə ala bilərlər

İngiltərənin "Arsenal” klubunun futbolçuları koronavirus pandemiyasına görə maaşlarının bir hissəsindən məhrum olmaya bilərlər. Bir şərtlə ki, onlar bu mövsümün nəticələrinə görə Çempionlar Liqasına düşə bilsinlər.

"The Telegraph” məlumat verir ki, klub rəhbərliyi çalışır ki, koronavirusa görə verilənqərarın icrası zamanı futbolçular maddi itki yaşamasınlar. Lakin onların qarşısında duran vəzifə də asan deyil. Çünki 29-cu turdan sonra yarımçıq qalan İngiltərə çempionatının bərpa olunub-olunmayacağı özü də sual altındadır.

İndiki göstəricilərə görə "Arsenal” turnir cədvəlində doqquzuncu yerdə qərarlaşıb.