adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Aprel 2020 14:02
15181
DÜNYA
A- A+

Avstriya hökuməti vətəndaşlarını ABŞ-ı tərk etməyə səslədi

Avstriyanın Federal Xarici işlər nazirliyi Aleksander Şallenberq ölkə vətəndaşlarını koronavirus təhlükəsinə görə ABŞ və Türkiyəyə səfər etməməyə çağırıb.

O, bunuyerli ORF radiosuna müsahibəsi zamanı bildirib.

Nazir həmçinin hazırda ABŞ-da olan vətəndaşlarıda mümkün qədər tez ölkəni tərk etməyə çağırıb. Türkiyədə olan Avstriya vətəndaşlarınagəlincə, hazırda iki ölkə arasında uçuşlar dayandırıldığı üçün bu mümkün deyil. Nazir həmin ölkədə olan soydaşlarına Ankaradakı səfirliyə müraciət etməyi tövsiyə edib.

Hazırda Avstriyanın səyahət xəbərdarlığı etdiyi ölkələrin sayı 26-dır. Siyahının genişlənəcəyi istisna edilmir.