adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Aprel 2020 13:35
15140
DÜNYA
A- A+

Almaniyada ilk dəfə olaraq koronavirusdan sağalanların sayı xəstələrin sayını ötdü

Almaniyada ilk dəfə olaraq koronavirusdan sağalanların sayı müalicə alanların sayını ötüb.

TASS xəbər verir ki, faktı Berlin Virusologiya İnstitutu təsdiqləyib.

Məlumata görə, Almaniyada koronavirusa yoluxanların sayı 120479 nəfərdir. Onlardan 60200-ü artıq sağalıb. Beləliklə, hazırda müalicə alanların sayı 57606 nəfərdir.

Qeyd edək ki, Almaniya koronavirusa yoluxanların sayına görə beşinci yerdə olsa da, bu ölkədə virusdan ölənlərin sayı İtaliya, Fransa və İspaniya ilə müqayisədə dəfələrlə azdır.