adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Aprel 2020 10:03
12247
DÜNYA
A- A+

ABŞ-ın bütün ştatlarında genişmiqyaslı fəlakət rejimi elan olunub

ABŞ prezidenti Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib. Beləliklə ABŞ tarixində ilk dəfə bu rejim bütün ölkə ərazisində tətbiq edilib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir "Twitter" səhifəsində bildirib.

"Tarixdə ilk dəfə olaraq prezident eyni anda ölkənin bütün 50 ştatında genişmiqyaslı fəlakət rejiminin mövcud olduğunu elan edib", - D.Dir yazıb.

Son məlumatda ABŞ-da 519 453 nəfərin koronavirusa yoluxduğu və 20 071 nəfərin dünyasını dəyişdiyi bildirilir. Hazırda ABŞ koronavirus qurbanlarının sayına görə İtaliyanı ötərək dünyada birinci yeri tutur.