adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Aprel 2020 23:14
12790
DÜNYA
A- A+

Fransada koronavirusdan ölənlərin sayı 13,8 mini ötüb

Fransada COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı 352 nəfər artaraq 13 832-ə yüksəlib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon deyib.

J.Salomon bildirib: "Son 24 saat ərzində 353 xəstə vəfat edib. Martın 1-dən koronavirusa yoluxanlar arasında 13 832 ölüm halı qeydə alınıb, onlardan 4 889-u qocalar evlərində baş verib".

Ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 93 790, son sutkada yoluxanların sayı isə 3114 təşkil edir.