adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Baltanın sapı məsələsi...

FƏRHAD ŞABANOV
43822 | 2013-05-25 00:57

Keçən həftəyazmışdım ki, bir dəfə "Eurovision" Mahnı Müsabiqəsinin qalibi olduqaləm dəydi bir-birinə sevinə bilmədik. Amma budəfəki yarışdan sonra başa düşdümki, sevinmək bir yana, biz bu müsabiqəyə heç baxa da bilmirik.

Normalinsanlar hər hansı bir yarışa baxanda ondan zövq almaq üçün baxır. Bu futbol daola bilər, tennis də, nə bilim güləş də...

Hər birinsan gördüyü hər şeyi tənqid edə bilər. Bunu hər bir adi insan bacarır. Məncətənqid bir hadisəyə münasibət bildirməyin ən asan yoludur... Bunun səsi niyəbelədir, onun paltarı niyə elədir, və s.

Baxdığımızhər şeydə bir "mız" tapa bilərik. Məsələn, deyə bilərik ki,"Eurovision" artıq incəsənət müsabiqəsi deyil, hər şey siyasidir.Sizin siyasi münasibətləriniz bu müsabiqədə önəmli rol oynayır. Hansı ölkə iləmünasibətləriniz yaxşıdırsa, o ölkələr sizə xal göndərir. Onda biri çıxıbsoruşar ki, əgər hər şey siyasidirsə, niyə Fransa və İngiltərə kimi ölkələr həril axırıncı yerləri bölüşürlər. "Mızıldayan" adam sizin üzünüzə durabilər ki, Fransa və İngiltərə kimi ölkələrin belə müsabiqələrə ehtiyacı yoxdurona görə siyasi güclərindən istifadə etmirlər. Belə müsabiqələr ikinci vəüçüncü sinif Avropa ölkələri üçün əhəmiyyət kəsb edir. Onda həmən o biri çıxıbnövbəti sualı verər ki, bəs 2 il əvvəl Almaniyanın birinci yeri tutmağını necəaçıqlayırsınız? Almaniya da üçüncü sinif Avropa ölkəsidir? Bəs İsveç, bəsDanimarka?

Almaniyanıqoyaq bir kənara... Çünki Almaniyada yaşamaq üçün Azərbaycanı bəyənməyənlərinsayının həddi-hüdudu yoxdur. Ümumiyyətlə avropalıların arasında belə Almaniyadayaşamaq istəyənlərin sayı çoxdur. Yəni ki, Almaniyanın birinci sinif dünyaölkəsi olması barədə kiminləsə mübahisəyə girmək axmaqlıqdır, bunu etməyin.

Gələk İsveçvə Danimarkaya... Bu ölkələrin vətəndaşları üçün yaratdığı şəraiti dünyanın heçbir ölkəsi yarada bilməyib. Nə Amerika, nə Yaponiya, nə başqası... Bu ölkələrinsanların özünü ən xoşbəxt hiss etdiyi iki ölkədir. Vətəndaşlar arasındakeçirilən sorğudan belə bir nəticə çıxıb. Sizcə belə ölkələrin mahnımüsabiqəsində birinci yer tutmaq üçün məqsədyönlü siyasət yürütməsimümkündürmü? Özünüzü güldürməyin...

Bir dətürklər narahatdır ki, hərə öz qonşusuna səs verir, heç kim mahnınıqiymətləndirmir. Mən razıyam, hərə öz qonşusuna, dostuna səs verir. Necə ki,biz Türklərə 12 xal veririk, onlar da bizə. Ancaq hərə öz qonşusuna səs verirdeyə müsabiqəni qaralamaq düzgün davranış deyil. Çünki bu sadəcə qonşularınqalibi seçdiyi bir müsabiqə deyil. Əgər nəticəni qonşuların verdiyi ballarmüəyyən etsəydi, hər il ən çox qonşusu olan ölkə qalib olardı. Və Azərbaycankimi ərazisi kiçik olan bir ölkə heç vaxt qalib gələ bilməzdi. Həm də Türkqardaşlara xatırlatmaq istəyirəm ki, Sertab Erener birinci olanda nə fərqliidi, indi nə dəyişib? Deməli, qonşuların səsi qədər sənin oxuduğun mahnınınkeyfiyyəti də əhəmiyyətlidir. Azərbaycan bu müsabiqəyə ciddi yanaşır və hər ildə bəhrəsini görür. Bu sevindirici haldır.

Azərbaycankimi inkişafda olan kiçik bir ölkənin özünü dünyaya tanıtması üçün mümkün olanbütün yollardan istifadə etməsi normaldır. "Eurovision" siyasəti bubaxımdan uğurludur. Əgər sizin hər il beynəlxalq turnirlərdə iştirak edənfutbol komandalarınız yoxdursa, əgər sizin ölkənin turizm sektoru yetərincəsizin ölkəni tanıda bilmirsə, sizin əlinizdə "Eurovision"dan başqaelə də çox seçim qalmır. Məncə Azərbaycan bu uğurlu "Eurovision"siyasətini bundan sonra da davam etdirməlidir. Həm daxili, həm xarici"mız"lara baxmayaraq...

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV