PADŞAHI YUXUDA GÖRƏN ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
103065 | 2013-05-25 00:56

İnanclıyaşamaq, inanclı böyümək doğrudan da gözəldi. Amma bu gözəlliyin elə qəribəbaşaçılmaz, hətta bəzən adamı divara söykəyən ağrıları var ki, ondan qaçıbqurtarmaq olmur. Hətta yel qanadında uçub getsən də, o ağrılar səndən əlçəkmir. Ona görə də çoxlarımız inancdan, inamdan bəzən aralı gəzib dolanırıq,onu özümüzə o qədər də yaxın buraxmırıq, aramızda məsafə saxlayırıq. Çalışırqki, heç olmasa bu yolla bir az ağrımız azalsın, bir az içimiz durulsun, bir azda dünyanın gedişatına, baş verənlərə seyriçi kimi baxıb gülüb. Əgərbacarırıqsag

Hə, məntəsadüfdən inanc sözünü yazımın əvvəlinə gətirmədim. Bunun təsadüf olmamasınınbir neçə zəruri səbəbi var. O səbəblərin ən vacibi, ən birincisi özümü həmişəAllah bəndəsi, Tanrı qulu saymağımdı. Zənnimcə, bunun özü artıq digər səbəblərikölgədə qoyur. Necə ki, məşhur bir rəvayətdə deyildiyi kimig

Rəvayətəgörə, padşah atəşfəşanlıq keçirmək fikrinə düşür. Ordunun sərkərdəsini çağırıbgöstəriş verir ki, toplardan yaylım atəşi açılsın. Sərkədə "baş üstə"deyib gedir topçuların yanına. Padşah çox gözləyir, nə sərkərdə qayıdıb gəlir,nə də toplardan atəş açılır. Odur ki, əsəbiləşib yenidən onu yanınaçağırtdırır. Sərkərdə padşahın qarşısında təzim edib deyir:

- Padşahsağ olsun, yaylım atəşləri aça bilməyəcəyikg

Padşahəsəbi şəkildə:

- Niyə? -deyə soruşur.

Sərkərdə:

- Bunun onsəbəbi varg

Padşah:

- Söyləgörüm.

- Birincisibarıtımız yoxdug

Padşah:

- Dahaqalan doqquz səbəbi söyləməyə bilərsən.

Bəli, yəqinki, bu rəvayət mənim söylədiyim səbəbin mahiyyətini bir daha açır. Yəni mənAllahıma inanıb ona etdiym ibadətin qarşılığı olan böyük inamım, böyük inancımməni həmişə ətrafdakılara, çevrəmdə olanlara, eşitdiklərimə, gördükldərimə biraz fərqli baxmağa, onları bir az daha yaxından duymağa məcbur edir. Ona görə dəo ağrılar, o gərginliklər mənim içimdə daha çox ləngiyir, daha çox lövbərsalır. Onun cəngindən qurtarmaq mənə az qala ölümdən qurtarmaq qədər çətinolur. Bütün bunlara baxmayaraq, mən inancımda qalmaqda davam edirəmg

Hələ uşaqvaxtlarımdan eşitmişdim ki, yuxunu suya danışarlar. Onu da eşitmişdim ki, yuxuhəmişə tərsinə yozulur və hətta onu da eşitmişdim ki, yuxusunda padşahı görən,hansısa bir mərtəbəyə yüksəlirg hansısa bir imkan əldə edirg hansısa bir maddidurumun sahibi olur və ən azı bir arzusu gerçəkləşir. Ona görə də yuxumu suyadanışmağı, ağlım kəsəndən bu günə qədər əməl etməklə, onu duruluğa, aydınlığaçıxarıram. Yuxularımı da həmişə tərsyozuram. Evimdə "yuxu yozmalar" kitablarım olsa da, mən onlara çoxnadir hallarda üz tuturam, yuxularımı elə özüm bildiyim kimi yozuram. O ki,qaldı padşahı yuxuda görməyəg

Hə, açığınıdeməyə məcburam. Çünki öncə inanc məsələsini dilə gətirmişəm. Ona görə dəetiraf edim ki, bir neçə dəfə belə bir yuxunu görmək mənə də nəsib olub.Hətta padşah məni süfrəsinə də dəvətedib. Amma həmin yuxuların hamısında mənbir kölgənin padşahla mənim aramdan keçdiyini açıq - aşkar görmüşəm, hissetmişəm və mənə elə gəlib ki, o kölgə bir Çin səddi kimi arada dayanmaqla, mənimistəklərimin çin olmasına imkan verməyib. Darhal yuxudan oyanıb mətbəxə qaçaraqsu kranını açmışam, yuxumu suya danışmışam və sonra da öz - özümə gülüb,Tanrıma şükürlər etmişəm ki, yaxşı ki, o kölgə məni özü ilə götürüb aparmayıb. Yoxsa, hara, niyə aparacağınısoruşa da bilməyəcəkdim. Özüm cəhənnəm, mənim üçün narahat olan insanlar axtara- axtara qalacaqdılar. Eşitsələr də ki, məni yuxuda gördüyüm özü ilə aparıb,ola bilsin ki, ağıllarına lap bambaşqa məsələlər də gələ bilsing

Yuxusunugördüyüm

Dağlar,daşlar

Otlar,quşlar

Çaylar,ağaclarg

Yəqin

Yuxudagördüyüm

Görkəminiz

Hələ qalırg

Qalır

Dağlardaşlara

Otlarquşlara

Çaylar isə

Həmağaclara

Həm dəotlara

Heyvanlara,quşlarag

Bir az daaxıb gəlir

Yuxugörməkdən

Yorulmuşlara

Qarımışlara

Qartımışlara-

Sadəcə yuxukimig

***

İndiyuxularda gördüyümüz, nağıllarda eşitdiyimiz dünyanın özü ilə üzbəüzdayanmışıq. Çünki uçan boşqabların, uçan xalçaların, daha nələrin dövrü çoxdankeçib. Az qala iki yaşında uşağı da aldatmaq olmur. Çünki onlar cizgifilmlərində elə məqamları görür, elə hadisələri seyr edirlər ki, onların nağıldünyası tamamilə elə cizgi filmləri iləalt - üst olur və hansısa bir uşağa xalçanın, boşqabın uçduğunu söyləyəndə onunnecə güləcəyini rahatca təsəvvür etmək mümkündür. Düşünməyin ki, bu, zəmanənin,elmi - tərəqqinin müsbət cəhətləridir. Xeyr, əslinə qalanda bu yalnış biryoldu. Biz bu yolla paklıqdan, halallıqdan, xəyal qurmaqdan, xəyallar dünyasınabaş vurmaqdan, nağıllar yaradıb, onun qəhrəmanları ilə baş - başa qalmaqdanəməlli - başlı uzaqlaşırıq. Elə uzaqlaşa - uzaqlaşa da bütün o şirin, şəkər,insanı rahatalyan, içinə bir sərinlik gətirən çalarlara yadlaşırıq. Biz nədənsəarxaya baxmağı, geridə buraxıb gəldiklərimizi özümüzlə bugünümüzə, sabahımızagötürməyi ya unuduruq, ya da istəmirik. Bəlkə də bu yerdə tısbağa barəsindəsöylənilmiş müdrik bir kəlam az - maz yerinə düşür. Çünki həmin kəlamda deyilirki, "tısbağa qınından çıxıb, qınını bəyənmir".

Mən heçkimi suçlamıram və ümumiyyətlə, bu haqqı da mənə heç kim verməyib. Mən sadəcəolaraq xatırlatmaq istəyirəm ki, arxada buraxıb gəldiyimiz gözəlliklər bugünümüzə xələl gətirmir. Əksinə, onları da bugünümüzə əlavə etsək, onları bir -birinə harmonik şəkildə qovuşdursaq məncə kifayət qədər görməli, gəzməli,düşünməli və həyatımızı yön baxımdan istiqamətləndirəcək bir imkan qazanmışolarıq. Bunun nəyi pisdi ki? Təəssüf ki, indi irad bildirmək o qədər adi halaçevrilib ki, səmimi fikirləri də bəzən qərəzli qəbul edib, ona qulp qoyurlar.Həmin qulp da ki, axırda başqa fəsadlar törədir. Məhz bu səbəbdən də indiadamlar susmağa, öz içində danışmağa daha çox üstünlük verirlər, həttayuxularını da danışmırlar. Ona görə də yuxular dolaşıq düşür, elə ömrümüzüngünləri kimig

Zamanınsürəti nə qədər böyük olur - olsun fərq etmir, o, yuxulara qalib gələ bilmir.Yuxular ötüb keçir bütün zamanları, bütün sərhədlərig

Heç nədanışmır, demir

Eləcə susubbaxır.

Ürəyim uşaqkimi -

Üzüməküsüb, baxır!

Dodaqlarıtitrəyir

Gözləri qançanağı

Şaxtayadüşmüş gül tək -

Solubdu alyanağı!

Bususqunluq içində

Özünüintihar var

Bir ürəköləcəkdir -

Bilməyəcəkadamlar!

***

İstənilənməsələni öz - özünə saf - çürük edəndə və yaxud da onu yazıya çevirəndə mütləqdaxili bir gəzişmə etmək lazım gəlir. Mən də bu yazını yazmağa başlayarkəntəkcə yuxuları deyil, həm də şahidi olduğum bir gerçəkliyi öz - özümə xeylisağa - sola çəkdim, dağı arana aparıb - gətirdim. Öncə həmin gerçəkliyi yuxularıma qatmaq istəmədim.Amma sonda gördüm ki, yox, elə o gerçəkliyin özü də ola bilsin ki, kiminsəyuxusudu, kiminsə xəyalıdıg

Şəhərin Yasamal rayonu ərazisindəkiyarmarkanın qarşısında dayanmışdım. Yaraşıqlı cavan bir oğlan qəflətən mənəyaxınlaşdı və bir az da həyəcanlı şəkildə:

- Day -day, mənə Sumqayıta getməyə kömək edərsiniz? Maşınımı QAİ-lər apardı, yoldaqalmışam.

Diqqətləoğlanı süzdüm. Sifət mənə çox tanış gəlirdi. O da deyəsən məni tanıdı. Heç nədeməyib, aralanıb getdi. Arxasınca baxdım. Məndən bir xeyli kənarda dayanmışbir qadına yaxınlaşdı. Hiss etdim ki, o sözləri indi də həmin xanıma deyir. Xanımda əl sumkasını araşdırdı və nəsə də çıxarıb ona verdi. Cavan oğlan üzbəüzküçəyə keçdi, orda da Sumqayıta getməyə kömək istədig Amma heç kim fərqinəvarmırdı ki, maşını olan, maşınını QAİ aparan bir oğlanın doğrudanmı cibindəSumqayıta getmək üçün 50 qəpik yolpulu yoxdu? Doğrudanmı insanlar indi özlərini alçaltmağı bu qədərrahatlıqla həzm edə bilirlər. Axı bu oğlan iki gün öncə məndən xəstəxanadayatan anasına dərman pulu istəyirdi. Necə oldu, anası sağaldı? Yaxşı, bəsmaşını hardan aldı? Vəg

Hə, bu yazdığımbəlkə də kiməsə yuxu kimi gəldi və yaxud da bunu mənim bədii təfəkkurumunbəhrəsi kimi qiymətləndirdi. Amma inanın ki, bu heç də yuxu deyildi. Yəqin ki,çoxlarınız bu cür hallarla qarşılaşmısınız və mən tam əminəm ki, heç kim bu cüryuxunu görmək də istəməz. Yuxunun da bir çəkisi, tutumu olmalıdıg yuxu da bir yuxu olmalıdı ki, danışanda onu yozanbir rahatlıqla, bir arxayınlıqla və bir az da həvəslə öz şərhlərini diləgətirsin. Necə deyirlər, mənim yuxularım kimig

Doğrudur,yuxuda gördüklərim bu gün real görünməsə də, yəqin ki, nə vaxtsa çin olacaq.Ona şübhəm yoxdu. Axı mən inanclı adamam, inanıram yuxularımın da çinolacağına. Əgər olmasag

Ayağınadüşmüşdü

İndi getdi,bilməding

Haqqdansənə gəlmişdi -

Döndügetdi, bilmədin.

Çınqı düşdüalışdı

Qucduğu nəmbalışdıg

Qovuşmağaçalışdı -

Söndügetdi, bilmədin.

Uymadı heçalverə

Sığınıbqaldı şeirəg

Ürəyi ikiyerə -

Böldügetdi, bilmədin.

Saça düşənbu dərd - dən!

Çıxabilmədin şərtdən

Əbülfət dəbu dərddən -

Öldü getdi,bilmədin!..

Hə, çalışınyuxu görməyin. Yuxu görəndə də adam yuxusu görün. Adam yuxusu görə bilməsəniz,yuxularınızın çin olması çətinə düşəcək. Və bir də çalışın, yuxuda özünüzə babadamları görün! Bu, mənim sizə məsləhətim.

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV