adalet.az header logo
  • Bakı 21°C
11 Aprel 2020 13:45
15416
DÜNYA
A- A+

Hindistanda koronavirusa rekord sayda yoluxma qeydə alındı

Hindistanda bir gündə koronavirusa yoluxmada ölkə üzrə rekord göstərici müşahidə edilib.

MK bununla bağlıHindistanın Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Bildirilir ki,koronavirusa yoluxanlarınsayı son bir gün ərzində 1035 nəfər artıb. Beləliklə, xəstələrin ümumi sayı 7600nəfərdir.

Ötən gün ölkədə virusa yoluxan 40 nəfər həyatını itirib. Ümumilikdə, HindistandaCOVID-19-dan 249 nəfər ölüb.

Ən çox yoluxma halı 1574 nəfər olmaqla,Maharaştra ştatında qeydə alınıb.

Qeyd edək ki, Hindistanda martın 25-dən etibarən karantin elan edilib.