adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

...VƏ DİGƏR RƏSMİ ŞƏXSLƏR

MƏZAHİR ƏHMƏDZADƏ
68615 | 2013-05-25 00:55

Çoxdanyazdığım bir kiçik köşə vardı - "Dahi xilaskarlar". Köşə yaradıcılığıilə müntəzəm məşğul olduğum vaxtlarınyazısı idi, deyirdilər elektronvariantda da çox oxunub. Olur belə şeylər. Bəzən səni oxuyarlar da,oxumazlar da.

Həminyazını axtarmaqda məqsədim vardı, bir məqam üzərində dəqiqləşdirmə aparacaqdım.Təbii ki, A-3 formatda olan saylarımızabaxırdım. Və birdən istedadlı jurnalist Nadir Bədəlovla "rastlaşdım".Elə həmin andaca həm də onun "Dahilərin divanı" adlı televiziyaproyektini xatırladım. İşim qaldı bir tərəfdə,düşdüm bu elitar həmkarımızın peşinə. "Dahi xilaskarlar","Dahilərin divanı"... İstədim telefon açam. Çoxdandır, bəlkə də birilə yaxındır nə görüşür, nə də zəngləşirik. Nadir bir zamanlar bizim"Ədalət"də hər şənbə günügözəl, bənzərsiz məqalələr verirdi və həmişə də yüksək səviyyəlioxucular tərəfindən maraqla qarşılanırdı. Bəlkə də bütünkateqoriya oxucuları özünün yüksəkintellektinə çəkirdi. Mən onu indi nə televiziya verilişlərində görürəm,nə də qəzet səhifələrində. Bəlkə də belə deyil; o yazır, yaradır, ancaq hərhalda mən məlumatsızam.

Telefonlagörüşməkdən vaz keçdim. Danışsaydıq bu köşəni güman ki, yaza bilməyəcəkdim, o üzdən.

Nadirin ənyaxşı yazıları "Ədalət"də dərcolunub. Onun qəzetimizdə gedən istənilən yazısını hətta ən uğurlu televiziya verilişlərinədə dəyişmərəm. O, "Ədalət"dəçoxsaylı oxucu auditoriyası qazanmışdı.Qələmə aldığı mövzuya elə peşəkarcasına aludə olurdu ki, sanki son imkanlarınısərf edirdi, sanki bundan sonra bir dahayazmayacaqdı. Ancaq növbəti həftə yenə də onun səhifəsi oxucularınısevindirirdi.

İradəTuncayın zövqü artıq bəlli bir məsələdir. O, qəbul etmədiyi, bəyənmədiyiyazıları üzə vurmadan sakitcə ötürər keçər. Ancaq baş redaktor hər cümə günü 2 nəfərin yazıgöndərib-göndərmədiyi ilə mütləq maraqlanırdı. Həmin müəlliflərdən birininNadir Bədəlov olması redaksiyada hamıya bəlli idi.

Nadirintellektual dünyagörüşün yazarıdır və qəzetimizdə onun yeri gerçəkdən hələ dəgörünür, imzası axtarılır. Görəsən özününbu əhvalatdan xəbəri varmı? Mən heç də sadəlövhlük etmirəm, NadirBədəlovun xarakteri və yaradıcılıq üslubu belə bir situasiyanı diktə edir. Çünki o, üztutduğu, qələmə aldığı ən mürəkkəb mövzuları belə qeyri-adi ustalıqlaələşdirirdi. Finala doğru isə bəzən təvazökar, bəzən də çoxçalarlımücərrədlərlə yaxınlaşırdı. Onda bu cürdə alınırdı. Ancaq nəyə görə bəzənklassik sonluq əvəzinə ürkək çalarlar?Qəribədir, deyilmi?

İndikihalda bu qədər dərinliyə getmək də vacib deyil. Məqsəd başqa idi, mənsadəcə kiçik bir təsadüfdən yaxşı mənada ilişdim. Və bunun nəticəsi kimi ən azından 2-3 yazımövzusu bir-birinə əl uzadaraqbirləşdi, doğmalaşdı...

Xatırlayıramki, nadir hallarda olsa da bəzi yazılarımızda üslub oxşarlığısezilirdi. Təkrar edirəm: bəziyazılarımızda. "Dahi xilaskarlar" da Nadirin mövzularına yaxınolan bir əhvalat idi. Bunu elə indicə xatırladım. Dahi bəstəkarlar Şumen vəŞubertləri əsas götürərək uğurlu birfəhmlə mövzunu ram edə bilmişdim. Həmin köşəni qəzetdə axtararkən Nadiri "tapmağımın" mistika ilə bağlılığı olabilərdimi?

Və anidənyadıma ayrı-ayrı rəssamlıq məktəblərinin dahiləri - Pikasso vəModilyani düşür və çox qəribədir ki, yenə dəNadiri xatırlayıram. Düşünürəm ki, həmin illər olsaydı, bu mövzunu məqsədimlə birlikdə bu gözəl yazara həvaləedib bir həftədən sonrakı alacağım zövqəköklənəydim. İndi onu haradan tapım?

İlişdiyimiəvvəlcədən bildirmişəm. İndi vəziyyət bir az da qəlizləşdi. Bəs bu yükünaltına çiynini kim verəcək?

Gerçəkdəndahilər xilaskar olur...

Onlarinsanlara çox şeyləri xatırladırlar,yollarına, düşüncələrinə işıq tuturlar.

Məndünyanın böyük yazıçıları, şairləri,rəssamları, bəstəkarları... haqqında bir şeylər fikirləşəndə mütləqAzərbaycanın keçmişində və indisindəonların bənzəri və ya davamçılarını da axtarıram. Bəzən öz-özümə kimlərisəbir-birinə bənzədir, yaxuduyğunlaşdırıram. İndi söhbət rəssamlardan düşüb deyə xatırlayıram ki,mən məşhur Meksika rəssamıAlfaro Sikeyrosun əsərlərinəbaxarkən (təbii ki, orijinallar nəzərdə tutulmur), eyni zamanda nədənsə Səttar Bəhlulzadəni düşünürəm. Və yaxud Renato Quttuzo - Tahir Salahov, Pikasso -Mircavad... Bəzən başqa cür də olur.Rəssamı başqa sahənin məşhuru iləparalelləşdirmişəm. Bir dəfə gürcülərin əfsanəvi rəssamı Nikola Pirosmanaşvili(Pirosmani) haqqında yazarkən onu... Məhəmməd Hadi ilə müqayisə etmişdim.

Dünyanınçox heyrətamiz təsadüfləri olur və biz bəzən bunlara fikir vermirik. Beləhadisələr dahi sənətkarlarla bağlı olduqda bizi daha çox düşündürməlidir.

Baxın,yaradıcılığında ekspressionizm, neoklassisizm, kubizm, sürrealizmcərəyanlarının mürəkkəb və ziddiyyətli mərhələlərini inkişaf etdirən,müharibə dəhşətlərini"Gernika" ilə bəşəriyyətin yaddaş koduna çevirməyi bacaran dahi ispanrəssamı Pablo Pikasso həm də rahat vəuzun bir ömür yaşamışdır - 92 il!Tarixdənsə bizə məlumdur ki, dahi rəssamların əksəriyyəti az yaşayıb vəüstəlik faciələrə düçar olublar. Deməkolar, Pikassonun müasiri AmedeoModilyani kimi. Məşhur italyan rəssamı və heykəltəraşı Modilyani də Pikassokimi əsasən Parisdə yaşayıb yaratmışdır. İlkin yaradıcılıq dövründə Sezann vəPikassonun təsiri altına düşən Modilyani sonralar boyakarlıq üslubununkompozisiya lakonikliyi və koloritzənginliyi ilə özünü ən yüksək səviyyədə təsdiqləyərək böyükşöhrət qazanmışdır. Yaradıcılığındakı melanxolik, intim-fərdi obrazlar aləmi müəyyən qədər elə Modilyaninin həyat tərzi vədünyagörüşü ilə də kəsişir. Bəzən Pikasso kimi nəhəngin belə çəkindiyi Amedeohəm istedadlı, həm yaraşıqlı, həm romantik, həm çılğın, həm də içkiyə,narkotikə meylli tənbəl, eyni zamanda həm də ən xoş və gözəl şeyləri arzulayıb, yalnız əsərlərində dahiliyinitəsdiqləməkdən başqa heç nəyə nail olabilməyən ziddiyyətli bir italyan idi. 1920-ci ildə 36 yaşında, yaradıcılığının ən gözəl vəqələbəli çağlarında, Pikasso onu özündən güclü sayanda ciyər xəstəliyindən ölübgetdi. İspan nəhəngi ondan düz 56 il çox yaşadı və şöhrətin əlçatmaz zirvəsinəucaldı.

Tanrı beləyazıbmış...

Ancaq...Müəmmalar da çoxdur bu fani dünyada.

...Mənim mərhum jurnalist, çox istedadlı,çox ərköyün və ölənə kimi dəqeyri-adiliyini qoruyub saxlayan Elçin Səlcuqla yaxınlığım olmayıb. Həndənbirrastlaşanda adi salamlaşma, vəssalam. Ancaq mənə elə gəlirdi ki, Elçiniyaxından, çox yaxından tanıyıram. Bunu bənzərsiz yazıları diktə edirdi. Onunkuölüm olmadı ki!.. Dirigözlü intihar idi Elçin Səlcuqun son illərdəki həyatı,özüylə davranışı...

...MənModilyanini hansısa başqa bir rəssamla, əslində hansısa bir Azərbaycan boyakarıilə tutuşdura, paralelləşdirə bilməmişəm heç zaman. Ancaq son illər hərdəfə Amadeo yadıma düşərkən,hardasa onun əsərlərindən söhbətgedərkən... Elçin Səlcuqun siması gözlərim önünə gəlir. Zahiri oxşarlıqmı?Müəyyən qədər var. Həm də nə olsun ki,Elçin dahi rəssam və ya dahi yazar olmayıb. Götürək ki, heç məşhur bir şəxs də olmayıb. SadəcəAzərbaycan mətbuatının Elçin Səlcuğu! Bəlkə o heç Modilyanini tanımayıb da.Ancaq mən öz fantaziyalarımla Elçinin xarakterindəki oxşar cizgiləri yaxınlaşdırıbyaddaşımda saxlamışam. Nə vaxtsa yazmaq,hansısa bir məqalə içində xatırlamaq haqqında düşünmədim də. Ancaq görürsünüzmünələr baş verir, nələr sizə yaxın və ya uzaq olur?

Bir dəki... Yaddaşlarda qalmaq üçün mütləq dahi olmalısan?

MƏZAHİRƏHMƏDOĞLU

TƏQVİM / ARXİV