ANA SƏHİFƏ / YAZARLAR

...VƏ DİGƏR RƏSMİ ŞƏXSLƏR

50320    |   2013-05-25 00:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdan yazdığım bir kiçik köşə vardı - "Dahi xilaskarlar". Köşə yaradıcılığı ilə müntəzəm məşğul olduğum vaxtların yazısı idi, deyirdilər elektron variantda da çox oxunub. Olur belə şeylər. Bəzən səni oxuyarlar da, oxumazlar da.

Həmin yazını axtarmaqda məqsədim vardı, bir məqam üzərində dəqiqləşdirmə aparacaqdım. Təbii ki, A-3 formatda olan saylarımıza baxırdım. Və birdən istedadlı jurnalist Nadir Bədəlovla "rastlaşdım". Elə həmin andaca həm də onun "Dahilərin divanı" adlı televiziya proyektini xatırladım. İşim qaldı bir tərəfdə, düşdüm bu elitar həmkarımızın peşinə. "Dahi xilaskarlar", "Dahilərin divanı"... İstədim telefon açam. Çoxdandır, bəlkə də bir ilə yaxındır nə görüşür, nə də zəngləşirik. Nadir bir zamanlar bizim "Ədalət"də hər şənbə günü gözəl, bənzərsiz məqalələr verirdi və həmişə də yüksək səviyyəli oxucular tərəfindən maraqla qarşılanırdı. Bəlkə də bütün kateqoriya oxucuları özünün yüksək intellektinə çəkirdi. Mən onu indi nə televiziya verilişlərində görürəm, nə də qəzet səhifələrində. Bəlkə də belə deyil; o yazır, yaradır, ancaq hər halda mən məlumatsızam.

Telefonla görüşməkdən vaz keçdim. Danışsaydıq bu köşəni güman ki, yaza bilməyəcəkdim, o üzdən.

Nadirin ən yaxşı yazıları "Ədalət"də dərc olunub. Onun qəzetimizdə gedən istənilən yazısını hətta ən uğurlu televiziya verilişlərinə də dəyişmərəm. O, "Ədalət"də çoxsaylı oxucu auditoriyası qazanmışdı. Qələmə aldığı mövzuya elə peşəkarcasına aludə olurdu ki, sanki son imkanlarını sərf edirdi, sanki bundan sonra bir daha yazmayacaqdı. Ancaq növbəti həftə yenə də onun səhifəsi oxucularını sevindirirdi.

İradə Tuncayın zövqü artıq bəlli bir məsələdir. O, qəbul etmədiyi, bəyənmədiyi yazıları üzə vurmadan sakitcə ötürər keçər. Ancaq baş redaktor hər cümə günü 2 nəfərin yazı göndərib-göndərmədiyi ilə mütləq maraqlanırdı. Həmin müəlliflərdən birinin Nadir Bədəlov olması redaksiyada hamıya bəlli idi.

Nadir intellektual dünyagörüşün yazarıdır və qəzetimizdə onun yeri gerçəkdən hələ də görünür, imzası axtarılır. Görəsən özünün bu əhvalatdan xəbəri varmı? Mən heç də sadəlövhlük etmirəm, Nadir Bədəlovun xarakteri və yaradıcılıq üslubu belə bir situasiyanı diktə edir. Çünki o, üz tutduğu, qələmə aldığı ən mürəkkəb mövzuları belə qeyri-adi ustalıqla ələşdirirdi. Finala doğru isə bəzən təvazökar, bəzən də çoxçalarlı mücərrədlərlə yaxınlaşırdı. Onda bu cür də alınırdı. Ancaq nəyə görə bəzən klassik sonluq əvəzinə ürkək çalarlar? Qəribədir, deyilmi?

İndiki halda bu qədər dərinliyə getmək də vacib deyil. Məqsəd başqa idi, mən sadəcə kiçik bir təsadüfdən yaxşı mənada ilişdim. Və bunun nəticəsi kimi ən azından 2-3 yazı mövzusu bir-birinə əl uzadaraq birləşdi, doğmalaşdı...

Xatırlayıram ki, nadir hallarda olsa da bəzi yazılarımızda üslub oxşarlığı sezilirdi. Təkrar edirəm: bəzi yazılarımızda. "Dahi xilaskarlar" da Nadirin mövzularına yaxın olan bir əhvalat idi. Bunu elə indicə xatırladım. Dahi bəstəkarlar Şumen və Şubertləri əsas götürərək uğurlu bir fəhmlə mövzunu ram edə bilmişdim. Həmin köşəni qəzetdə axtararkən Nadiri "tapmağımın" mistika ilə bağlılığı ola bilərdimi?

Və anidən yadıma ayrı-ayrı rəssamlıq məktəblərinin dahiləri - Pikasso və Modilyani düşür və çox qəribədir ki, yenə də Nadiri xatırlayıram. Düşünürəm ki, həmin illər olsaydı, bu mövzunu məqsədimlə birlikdə bu gözəl yazara həvalə edib bir həftədən sonrakı alacağım zövqə köklənəydim. İndi onu haradan tapım?

İlişdiyimi əvvəlcədən bildirmişəm. İndi vəziyyət bir az da qəlizləşdi. Bəs bu yükün altına çiynini kim verəcək?

Gerçəkdən dahilər xilaskar olur...

Onlar insanlara çox şeyləri xatırladırlar, yollarına, düşüncələrinə işıq tuturlar.

Mən dünyanın böyük yazıçıları, şairləri, rəssamları, bəstəkarları... haqqında bir şeylər fikirləşəndə mütləq Azərbaycanın keçmişində və indisində onların bənzəri və ya davamçılarını da axtarıram. Bəzən öz-özümə kimlərisə bir-birinə bənzədir, yaxud uyğunlaşdırıram. İndi söhbət rəssamlardan düşüb deyə xatırlayıram ki, mən məşhur Meksika rəssamı Alfaro Sikeyrosun əsərlərinə baxarkən (təbii ki, orijinallar nəzərdə tutulmur), eyni zamanda nədənsə Səttar Bəhlulzadəni düşünürəm. Və yaxud Renato Quttuzo - Tahir Salahov, Pikasso - Mircavad... Bəzən başqa cür də olur. Rəssamı başqa sahənin məşhuru ilə paralelləşdirmişəm. Bir dəfə gürcülərin əfsanəvi rəssamı Nikola Pirosmanaşvili (Pirosmani) haqqında yazarkən onu... Məhəmməd Hadi ilə müqayisə etmişdim.

Dünyanın çox heyrətamiz təsadüfləri olur və biz bəzən bunlara fikir vermirik. Belə hadisələr dahi sənətkarlarla bağlı olduqda bizi daha çox düşündürməlidir.

Baxın, yaradıcılığında ekspressionizm, neoklassisizm, kubizm, sürrealizm cərəyanlarının mürəkkəb və ziddiyyətli mərhələlərini inkişaf etdirən, müharibə dəhşətlərini "Gernika" ilə bəşəriyyətin yaddaş koduna çevirməyi bacaran dahi ispan rəssamı Pablo Pikasso həm də rahat və uzun bir ömür yaşamışdır - 92 il! Tarixdənsə bizə məlumdur ki, dahi rəssamların əksəriyyəti az yaşayıb və üstəlik faciələrə düçar olublar. Demək olar, Pikassonun müasiri Amedeo Modilyani kimi. Məşhur italyan rəssamı və heykəltəraşı Modilyani də Pikasso kimi əsasən Parisdə yaşayıb yaratmışdır. İlkin yaradıcılıq dövründə Sezann və Pikassonun təsiri altına düşən Modilyani sonralar boyakarlıq üslubunun kompozisiya lakonikliyi və kolorit zənginliyi ilə özünü ən yüksək səviyyədə təsdiqləyərək böyük şöhrət qazanmışdır. Yaradıcılığındakı melanxolik, intim-fərdi obrazlar aləmi müəyyən qədər elə Modilyaninin həyat tərzi və dünyagörüşü ilə də kəsişir. Bəzən Pikasso kimi nəhəngin belə çəkindiyi Amedeo həm istedadlı, həm yaraşıqlı, həm romantik, həm çılğın, həm də içkiyə, narkotikə meylli tənbəl, eyni zamanda həm də ən xoş və gözəl şeyləri arzulayıb, yalnız əsərlərində dahiliyini təsdiqləməkdən başqa heç nəyə nail ola bilməyən ziddiyyətli bir italyan idi. 1920-ci ildə 36 yaşında, yaradıcılığının ən gözəl və qələbəli çağlarında, Pikasso onu özündən güclü sayanda ciyər xəstəliyindən ölüb getdi. İspan nəhəngi ondan düz 56 il çox yaşadı və şöhrətin əlçatmaz zirvəsinə ucaldı.

Tanrı belə yazıbmış...

Ancaq... Müəmmalar da çoxdur bu fani dünyada.

... Mənim mərhum jurnalist, çox istedadlı, çox ərköyün və ölənə kimi də qeyri-adiliyini qoruyub saxlayan Elçin Səlcuqla yaxınlığım olmayıb. Həndənbir rastlaşanda adi salamlaşma, vəssalam. Ancaq mənə elə gəlirdi ki, Elçini yaxından, çox yaxından tanıyıram. Bunu bənzərsiz yazıları diktə edirdi. Onunku ölüm olmadı ki!.. Dirigözlü intihar idi Elçin Səlcuqun son illərdəki həyatı, özüylə davranışı...

...Mən Modilyanini hansısa başqa bir rəssamla, əslində hansısa bir Azərbaycan boyakarı ilə tutuşdura, paralelləşdirə bilməmişəm heç zaman. Ancaq son illər hər dəfə Amadeo yadıma düşərkən, hardasa onun əsərlərindən söhbət gedərkən... Elçin Səlcuqun siması gözlərim önünə gəlir. Zahiri oxşarlıqmı? Müəyyən qədər var. Həm də nə olsun ki, Elçin dahi rəssam və ya dahi yazar olmayıb. Götürək ki, heç məşhur bir şəxs də olmayıb. Sadəcə Azərbaycan mətbuatının Elçin Səlcuğu! Bəlkə o heç Modilyanini tanımayıb da. Ancaq mən öz fantaziyalarımla Elçinin xarakterindəki oxşar cizgiləri yaxınlaşdırıb yaddaşımda saxlamışam. Nə vaxtsa yazmaq, hansısa bir məqalə içində xatırlamaq haqqında düşünmədim də. Ancaq görürsünüzmü nələr baş verir, nələr sizə yaxın və ya uzaq olur?

Bir də ki... Yaddaşlarda qalmaq üçün mütləq dahi olmalısan?

MƏZAHİR ƏHMƏDOĞLU



İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK