adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Aprel 2020 22:10
22100
SİYASƏT
A- A+

Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, tərəflər mövcud vəziyyəti və hər iki dövlətin COVID-19 ilə mübarizə çərçivəsində gördüyü tədbirləri müzakirə ediblər: "Nazirlər gələn həftə Azərbaycan və Rusiya əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında daha geniş müzakirələrin aparılmasına dair razılığa gəliblər".