adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ÖZGƏ DƏRDİ

VƏSİLƏ USUBOVA
31691 | 2013-05-25 00:52

Yazmağatəbim, oxumağa həvəsim olmayan məqamların birində yenə də, Allah bilir, neçəncidəfə Mel Gibsonun "Cəsur ürək" filminə baxıram. Film kifayət qədəruzundu və çoxluq təşkil edən döyüş səhnələrini-ürəkləri, boğazları deşənoxları, qarından girib kürəkdən çıxan nizələri, ağızdan, yaradan püskürənqanları izləyə-izləyə istədiyim qədər düşünə bilirəm. Əvvəlcə onu düşünürəm ki,əgər mən də bu qanları-qadaları soyuqqanlılıqla seyr edə bilirəmsə, deməli,Hollivud havadarları istədiklərinin çoxuna nail ola biliblər. Vaxt vardı özümüaldatmağa çalışırdım: "Bənd olma, bu qan deyil ki, boyaqdı..." İndixeyli sakitləşmişəm və tamaşaçı zövqümün nə qədər itirdiyi umurumda da deyil...

Bu adamıncanında nə boyda azadlıq yanğısı var?!. Təsəvvürə gəlmir, düşüncəyə sığmır. Ənyaxşısı özünü onun yerinə qoya bilməkdi. Bəlkə "candan şirin şeyyoxdu" deyiminin sanbalını, tutumunu göz altına ala biləsən. Ona nədüşmüşdü?! Hamı kimi yaşaya bilməzdimi? Ağlıma gələn fikirlərdən xilas olabilmirəm: "Azadlığı hamı sevir. Ədalətli insanlar azadlığı hamı üçünsevir, ədalətsiz insanlar isə yalnız özü üçün". Bu fikir"həqiqət" sözünə də çox yaraşır. Axı, azadlıqsız həqiqət, həqiqətsizazadlıq mümkün deyil. İnsan ömrünün faciəsi həqiqət eşqinə, axtarışına düşənandan başlayır. Yenə kiminsə nəsihəti qulağımda səslənir: "Həqiqətaxtarma! O yoxdu!" Barışmaq olmur. Yoxdusa, qoy, heç olmasa, onuaxtarmaqla yaşayım, təsəlli tapım...

Qoruyabilərdi özünü. Satılardı-torpaq, sərvət yiyəsi olardı... Hələ can ağrıları...Başqasının dözümü, dönməzliyi barədə ağzı köpüklənə-köpüklənə danışırıq,məsəllər çəkib ibrət götürməyə çağırırıq. Daha düşünmürük ki, o da bir canyiyəsidi. Ətdən, qandan, ilikdən-sümükdəndi bədəni. Canı ağrıya, ürəyi əsə,dizləri titrəyə bilər. Vücudu dolusu duyğuları var. Diləkləri, yaşantıları var.Bizsə onu adamlıqdan çıxarmışıq. Bizə nümunə lazımdı, bəlgə lazımdı,öymək-öyünmək lazımdı. Barmağımıza tikan batanda ufultumuz, sızıltımızsəngimir. Onun da canı ayğrıyır, başı gicəllənir, gözləri qaralır...Əzabdan,işgəncədən... Üstəlik sevgi, həsrət ağrısı gəzdirir ürəyində. Arvadını sevirdi.Xəyalını gözündə gəzdirirdi, onun və onun taleyini yaşayanların intiqamınıalırdı. Şəxsi hissdirmi? Təkcə öz dərdidimi?! Axı, həyatı da təkcə onun özünəməxsusdu. Onun da canı ağrıyır... Boğurlar, çarmıxa çəkirlər. Bütün bunlaradözməkçwn gücü hardan alır?! Mənası, anlamı nədi bu tabın, dözümün?! Gözünüişıqlı dünyaya yumdunmu, o yaşıl otların üstündə kimlərin gəzməsinin nə mənasıvar? Səni ki, Günəş isitməyəcək, küləklər oxşamayacaq... Ən adi bir ömür dədüşmədi qismətinə. Lap azını istəyirdin - bir isti daxma, bir sevimli qadın,bir sürü yalın ayaqlı, toppuş biləkli çolma-cocuq... Çoxdumu? Çox deyil! Ammabir ömürlük yaşantıya bəs edərdi ondan ötrü...

Azadlıqyanğısı da elə bundan ötrüydü...

Hamımızıncanında yoxdu bu...

Babək dəanlada bilmədi bunu bizlərə... Hələ qınayırıq, qurdalayırıq... Nədən ötrüvuruşurdu, kimlərin tərəfində vuruşurdu?! Bizə öyrədirdilər: "Babək birəlində Quran, bir əlində qılınc tutan ərəb istilaçılarına qarşı vuruşurdu..."Ateist düzəltmək istəyirdilər Azadlıq aşiqindən...

İndi dəbaşqa havalar çalırlar...

***

İngilislərözünə qəhrəman axtaran xalqı bədbəxt hesab edirlər. Təəccüblüdü... Bəs, özləriniyə Robin Quda dastanlar, seriallar, mahnılar həsr edirlər?!. Bir millətbaşdan-ayağa qəhrəman ola bilməz ki... Elə bizimkilər də onlardan geriqalmırlar. İşlərini-güclərini unudub, düşüblər Koroğlunun üstünə. Bəs, səndemə, atası Alı kişinin gözlərini çıxarmasaydılar, o, dönüb Koroğlu olmayacaq, zülmkarlara qarşı vuruşmayacaqmış. Şəxsihiss, şəxsi intiqam... O zaman xanların, bəylərin zülm elədiyi-gözünüçıxardığı, boynunu vurduğu, dar ağacından asdığı yüzlərlə, minlərlə adam vardı.Onların övladları niyə bu haqsızlıqlara dözürdü, Koroğlu kimi qılınc çəkibmeydana girmirdi?

Hər millətəqəhrəmanlar lazımdı. Özünü tanımaqçın, özünə güvənməkçin. Övladlarını tərbiyəetməkçin...

Yaxşıyadımdadı. Təxminən iyirmi il bundan qabaq ekranlarımızda Robin Qud haqqındaserial verilirdi. Həmin serialın nümayişindən sonra binamızdakı oğlan uşaqlarıox-kaman düzəldib bütün günü "vuruşurdular..."

Qəhrəmanaxtarmayanlar öz qəhrəmanlarını bizdən yaxşı tanıdırlar...

Qəhrəmanları biz axtarmırıq. Onlar öz taleləri ilə,görəcəkləri işlərlə birgə gəlirlər Yer üzünə. "Tanrı bir milləti xilasetmək istəyəndə, ona Atatürk kimi ovladlar yetirir". Vaxtilə bu sözləritürk olmayan birisi demişdi. Elə adamlarvar ki, onlardan ötrü dərdin, bəlanın doğması, yadı olmur. "Mənim başımsağ olsun" deyib, qonşusunun, ellisinin, ümumən bütün xalqın kədərinə,acılarına biganə qala bilmir. Təbii ki, hər cür zülmü özünün, doğmalarının,yaxınlarının taleyində görüb yaşayanlar, oxşar taleyi yaşamayanlardanfərqlənməlidirlər. Onların hissləri də daha çılğın və davamlı, qisaslarıacımasız olur. Bunu da kimsəyə irad tutmaq düzgün sayılmaz. Başqasının kədərinianlamaq ən gözəl insani keyfiyyətdir...

Nə qədərki, "insan varlığının sirri yalnız yaşamaqda deyildir, nəyin xatirinəyaşamaqdadır" Dostoyevski düsturu fikirlərimizi zəbt etməyib, bir-birimiziqınamaqda, əllaməlik eləməkdə davam edəcəyik...

***

Mənimqəhrəmanımsa hələ cəlladların əlindədi. Adını belə eşidəndə qorxudantitrəyənlər indi zövq və riqqət içindədilər. Bəs, necə! Bundan sonra dahagecələr diksinib ayılmayacaq, yuxulu-yuxulu böyürlərindəki qılıncdanyapışmayacaqlar... Yenə də bu başsız, yiyəsiz camaatla istədikləri kimi rəftaredə biləcəklər...

Cəlladınəlində ovxarlı balta;

İnsafıneyləyir, kimin nəyidi?

Adamqarışqadı ayaqlar altda

Ölüm toykimidi, düyün kimidi...

Sanma ki,bizlərdən şükürlüsü var,

Talelər həryanda oyun kimidi.

Şahlarınhamısı quduz canavar,

Xalqlarınhamısı qoyun kimidi...

(Görəsən,Vaqif Bəhmənli bu şeirin adını niyə "Çarpaz faciə" qoyub?!.)

Meydandakı"qoyun"lar da onlardan ötrü hər şeyindən keçən qəhrəmanın edamını birağızdan tələb edirlər...

BəsQəhrəman?! Deyəsən, daha heç nə eşitmir, görmür. Baxışlarını bomboş göylərdənendirib adamların arasında "süzən" mehriban çöhrəni izləyir. Niyə sevinir,nədən razıdı bu çöhrənin sahibi?! Təbəssümü onu bənzərsiz edirdi həmişə. Bəs,indi nəyə gülür? Hə... niyə də sevinməsin?! Əri yanına gəlir, axı... Bitdibütün ayrılıqlar, əzablar... Daha kimsə onları ayıra bilməyəcək...

Ömrünü-gününümübarizəyə sərf edənlərdən biri deyib ki, həyatda zövq almağın yeganə yoluqorxu bilməzlikdir. Görünür, qorxu hissi insanı çox zövqlərdən məhrum edir. Eləqorxaqla yoldaşlıq etməyin özü də...

Ancaq onunhədəqəsindən çıxmış gözləri, boğazında döyünən ürəyi, xırıldayan nəfəsi,şişmiş, gərilmiş damarları zövqdən başqa o qədər şeylərdən xəbər verir ki,...Bu adamlar-tayfalar, millətlər, xalqlar bir-birlərindən nə istəyirlər?! Nəyinxatirinə bir-birilərinin qanını içir, olmazın əzablar, ağrılar yaşadırlar?! Mənsəndən çox yeməliyəm. Həm də ən yaxşısını, xeyirlisini. Səndən bahalıgeyinməliyəm. Hər şey mənim olmalıdı. Hətta sənin sevdiyin də...

Daha mən budünyaya niyə gəlirdim ki... Bir insan ömrü yaşamağa haqqım yoxkən, doğulmağımınbir anlamı var idimi?!.

"Kimdeyir ki, ölüm qorxuludu? Niyə sən bilmədiyin bir şeydən qorxursan? Niyə bu yadyerdən (bu dünya) çıxıb getmək səni qorxudur? Bu dünya sənin evin deyil,axı..."

"Birqonağam bu dünyada" deyən şairimiz deyəsən, qədim filosofun bu sözlərindənxəbərdar imiş, axı...

Bəs, niyəvuruşurdu Uilyam Volos? Tapmaq istədiyi azadlıq bu dünyaya gərək idi,axı... Yox, dünyanı zalımların ümidinəqoyub getmək olmaz! Amma... nə edəsən ki, çox zaman qələbə ölümdən sonraqazanılır...

Bəhrəsinidə səndən sonra gələn qədirbilməzlər görür...

Ammaqəhrəmanlar ölümə də şərəf gətirirlər... Onlar ölməsəydi daha qorxunc, dahadəhşətli olardı Ölüm...

***

"Hərkəs öz yolu ilə gedəcəkdir. Siz yaşamağa, mən isə ölməyə. Hansının yaxşıolduğunu bircə Allah bilir..."

Sokrat, onaölüm hökmü verən məhkəmənin son iclasında deyib bu sözləri...

Elə dahilərdə ölümləri az şərəfləndirmirlər...

Bizlərsə,heç olmasa, onları qurdalamayaq...

VəsiləUSUBOVA

[email protected]

TƏQVİM / ARXİV