adalet.az header logo
  • Bakı 6°C
10 Aprel 2020 20:29
30853
İQTİSADİYYAT
A- A+

SOCAR-ın Türkiyədəki yeni layihəsinin investisiya təqvimində dəyişiklik edildi

"İnvestisiya təqvimimizdə geriləmə olacaq. Bildiyiniz kimi, neft qiymətlərinin 20 dollar səviyyəsinə qədər düşməsi hər kəs kimi bizə də təsir göstərdi”.

Oxu.Azxəbər verir ki, bu sözləri "Anadolu” agentliyinə müsahibəsində SOCAR-ın Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

"20-30 dollar aralığındakı qiymətlərin bizim və tərəfdaşlarımızın da investisiya planlarına böyük təsiri oldu. İkinci neft-kimya müəssisəmizin son investisiya qərarını 2020-ci ilin sonunda verməyi planlaşdırırdıq, ancaq neft qiymətlərinin aşağı düşməsi ilə birlikdə, sözügedən qərarı 2021-ci ilin sonuncu rübünə qədər təxirə saldıq”, - deyə Z.Qəhrəmanov bildirib.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin İzmir şəhərində BP şirkəti ilə birgə yeni neft-kimya kompleksinin (Merkuri layihəsi) yaradılmasını planlaşdırır.