adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Aprel 2020 20:12
12677
DÜNYA
A- A+

Tacikistan ölkə sərhədlərini bağladı

Tacikistan hökuməti COVID-19-la mübarizə çərçivəsində ölkəyə giriş və çıxışı müvəqqəti dayandırıb.

TASS xəbər verir ki, bu haqda Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, qoyulan məhdudiyyətlər xarici ölkələrin Tacikistanda akkreditə olunmuş diplomatlarına, beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələrinə və onların ailə üzvlərinə şamil olunmur.

Bununla belə, ölkəyə daxil olmaq icazəsi olan bütün şəxslərin iki həftəlik karantinə alınması mütləqdir.