adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Aprel 2020 20:00
25461
KRİMİNAL
A- A+

Avtomobil oğurlayan paytaxt sakini saxlanıldı

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də T.Mikayılovun "Mercedes” markalı avtomobilini qaçırmaqda, "Renault” və "Mercedes” markalı 2 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılıb.