adalet.az header logo
  • Bakı 11°C
10 Aprel 2020 19:44
16089
İDMAN
A- A+

Arda Turan vətəndaşlara maska payladı - FOTO

Məşhur türkiyəli futbolçu Arda Turan yeni tip koronavirus epidemiyası ilə bağlı söz verdiyi 100 min maskanın ilk hissəsini paylayıb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

"Söz verdiyimiz 100 min maska yardımının ilk qismini, çox şükür ki, bu gün həyata keçirdik. Paylamağa kömək edən qardaşlarım, Allah yoxluğunuzu göstərməsin. Ancaq əsl təşəkkür bu gün canlı görüş fürsəti əldə etdiyim, rütbəsi, vəzifəsi, mövqeyi fərq etmədən bütün tibbi heyətimizədir. Siz əsl qəhrəmansınız”, - futbolçu sosial şəbəkə hesabında yazıb.