adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

GÜNAH

ƏLÖVSƏT BƏŞİRLİ
35430 | 2013-05-25 00:51

Hamıgünahkardı dünyada, amma

Dünyada heçkəsin günahı yoxdu.

R.Rövşən

Küçəqapısının səsi gəldi. Sonra qapıdan uzaqlaşan maşının uğultusu sübhün sükutundaeşidilməz oldu. Üstündən dağ götürülmüş kimi özünü yüngül hiss edən qadın sinədolusu nəfəs alıb dərindən köks ötürdü: "İndi get, Gülay xanım dursunqulluğunda... İlahi, əl boyda yad qızı dağ kimi kişini necə ovsunlayıb".

Rayondairili-xırdalı vəzifəsi olanların Gülya kimi tanıdıqları Gülay xanımAğababayevin köməkçisi, kişinin təbirincə sağ əli, dəstəyi idi. Balacaboy,zərif biçimli, qar kimi bəyaz üzü boya içində itib-batan, dil boğaza qoymayan,civə kimi mütəhərrik bu cavan qadın Ağababayevi sanki sehirləmişdi. Arvadıdemişkən, o boyda kişi bu zəif, zərif məxluqun qabağında xırdalanıb mütiləşir,bir sözünü iki eləmirdi. Vəzifə sahibləri olan bazburudlu kişilər də bu incəmətləbi öz qulluq işlərində mütləq nəzərə alır, vaxt-bivaxt ona layiqhədiyyələrlə, özlərinin dedikləri kimi, "dişi iblis"i razısalırdılar. Başqa çarə yox idi. Heç kim istəmirdi ki, ağrımayan başına dəsmalbağlasın. Əbəs yerə onu iblisə bənzətmirdilər. Vay o gündən ki, saymayasan,görüm-baxım eləməyəsən. O da ilansayağı quyruğu üstə dik qalxıb nazik, zəhərlihaça dilini kişinin palaz qulağına yaxınlaşdıra...

Ağababayevmaşından düşüb ikinci mərtəbəyə qalxdı. Qapını açıb işığı yandırdı. Gen kabinetGülaysız ona dar gəldi. Tez kabinetin arxa tərəfindəki kiçik istirahət otağınakeçdi. Bədənnüma güzgüdə özünün görkəmindən xoşu gəlmədi. Tələm-tələsik seyrəksaçına daraq çəkib, tük basmış üzünü qırxmaq istədi. Heç həvəsi yox idi. Özünüüstünə narıncı məxmər çəkilmiş kiçik, yaraşıqlı divana yıxdı.

Gözləriniaçanda böyrünə qısılan, onu oyatmasın deyə nəfəsini içinə çəkib gülümsünənGülayı gördü. Qeyri-iradi qalxmaq istəyəndə qadın bir əlini onun çiyninə qoyub,o birini əlini saçlarına çəkdi. Boyalı üzünü kişinin tük basmış iri, ətlisifətinə yapışdırıb pıçıldadı: "Səhərdir, şef". Bu onun sevimlilətifəsini xatırladan söz idi.

İşə təzəcəbaşladığı günlərdə Ağababayev köməkçisini yanına çağırıb "yaxşı" birmakinaçı-katibə tapmağı tapşıranda Gülay göydə axtardığı məqamın yerdə əlinədüşdüyünə sevindi, fürsəti əldən verməyib soruşdu: "Cavan olsun,yoxsa?.." O, təzə rayon rəhbərinin "yumşaq damar"ını yoxlamaqməqsədilə bic-bic gözlərinin içinə baxdı və müsahibini çox da niğaranqoymayaraq üzündə təbəssüm əlavə etdi: "Axı, yaşlı katibə ilə cavan katibəarasında fərq var. Bəs bu barədə lətifə eşitməmisiz?"

Köməkçisininərkyana, açıq danışığı Ağababayevin "yumşaq damarını" daha da yumşaltsada, özünü birtəhər ələ alıb üzünün ifadəsini ciddiləşdirdi. Bir müddət müəllimişləyib uşaqların, təcrübəli qadın kimi kişilərin psixologiyasını pis bilməyənGülay özünü o yerə qoymadı, "həmləsini" davam etdirdi: "Elə isəizn verin sizə həmin lətifəni danışım. Cəsarətimə görə üzr istəyirəm.Bilirsinizmi, sizin kimi həmişə gərgin işləyən rəhbər üçün ən yaxşı istirahətyumordur, gülüşdür. Psixoloqlar deyirlər ki, üçcə dəqiqə güləndə adamın həmyorğunluğu çıxır, həm də ömrü düz üç ay uzanır. Ona görə də yerində məzəlilətifə söyləməyin, ürəkdən gülməyin xeyri çoxdur. Demək, həmin lətifə belədir:yaşlı katibə səhər işə gəlib öz rəisini görən kimi deyir: "Sabahınızxeyir, şef". Cavan katibə isə yuxudan tez durub rəisini oyadır:"Artıq səhərdir, şef".

Ağababayevindaxili zahirinə qalib gəldi. Ciddi görkəm aldığını unudaraq ürəyindən xəbərverən bu lətifəyə elə şaqqanaqla güldü ki, üzü üzlər görən qadın səksənən kimioldu. Sonra indicə danışdığı lətifədən çox kişinin xırıltılı, qəribə gülüşünəgülməyi tutdu. Yumşaq səslə uğundu, iri çiyinləri atılıb-düşən Ağababayevəgözaltı baxıb ürəyində yəqin etdi ki, ilk baxışda heybətli gorünən bu"ovu" öz gözəgörünməz sehrli toruna salmaqda heç də çətinlikçəkməyəcəkdir. Və guya təsadüfən ağ, pərqu kimi yumşaq əlini onun qara tüklücod əlinə toxundurdu. Kişinin canına elə bir xoş gizilti yayıldı ki, az qalabihuş oldu. Odur ki, Gülay stulunu bir az da yaxın çəkərək mətləbi dəyişdi,qayğılı bir görkəm alıb məhrəməliklə dedi:

- Camaatsizdən razılıq eləyir. Amma deyirlər ki, hələ adamlara yaxşı bələd deyil,xüsusən vəzifəlilərə. Mənə yalvar-yaxar eləyiblər ki, yeri düşəndə həqiqətisöyləyim sizə. Yoxsa, bu rayonda qurd çoxdur... Xahiş edirəm, pirojnadandadasınız, özüm bişirmişəm... Bu birinci müavin var ha, onun elə mədəni, bəlağətlidanışmağına, astagəl davranmağına baxmayın. Bildiyini atasına verən deyil.Köhnə başçının kölgəsini qılınclayırdı ki, yerinə keçsin. Ancaq arzusu ürəyindəqaldı. Şükürlər olsun ki, siz gəldiniz. Qanı yaman qaralsa da, özünü o yerəqoymur. Yalandan üzünüzə qımışır. Bicin, tülkünün biridir, həmişə fürsətgözləyir ki, əqrəb kimi qəfil sancsın. Amma o biri müavin barədə bunu deməkolmaz. Balaş Balayev elə bil sizin kimi böyüyə itaət eləməkçün dünyaya gəlib.Necə desəniz, elə də eləyəcək, barmağınızı hara uzatsanız, düz ora baxacaq.Həmişə əli dəsmallı qulluğunuzda hazır olacaq.

SözAğababayevin xoşuna gəldi:

- Bu başqaməsələ, belə də olmalıdır.

- O kiqaldı nəzarətin sədri Quliyevə, yeri gəlsə sizə lap qul olar.

- Əsl mənimadamımdır, - deyə razılığını bildirən Ağababayev durub kabinetdə gəzişdi, sonraxoş ətir qoxusu gələn qadına zənlə nəzər saldı:

- Gülayxanım, deyəsən, sən bu rayonun itinə-pişiyinə də bələdsən.

- Bəs necə,- qadın qürrələndi, - zarafat deyil, neçə il rayonun kəndlərində can qoyub dərsdemişəm. Kənddə ərdə olmuşam. Ancaq kişiləri kobuddur, qadınla davranmağı heçqanmırlar. İnsafən, indiki ərimmədənidi, müasirdi, üzüyoladı. Mənə deməz ki, hara getdim, harda qaldım, nəelədim. Yox-yox, dinib-danışan deyil. O gün prokuror da təriflədi onu...

Ağababayevtəəccübləndi:

-Prokuror?!

- Hə də,axı ərim onun kuryeridi.

- Hə, aydınoldu, bəs kuryer xozeyinindən nə deyir?

Tükü tükdənseçən xanım onun atmacasını anlayıb əlüstü cavab verdi:

- Yamantərifləyir, deyir prokurorumuz rayon rəhbərinin xətrini çox istəyir,göstərişini can-başla yerinə yetirir.

- Belə dəolmalıdır, - deyə Ağababayev özündən razı halda vurğuladı.

Gülay xanımani olaraq fikrə getdi. Sonra özlüyündə nəyisə götür-qoy edib bir qədər ehtiyatla:

- Ancaq...ona bel bağlamaq olmaz, - dedi. Kişinin ona təəccüblə baxdığını görub sözünədavam etdi. - Camaat arasında onun ayaması "hiylə"dir. Deyirlər tülkükimi hiyləgərdir.

Ağababayevtərəddüd içində başını buladı:

- Mən bunuheç hiss etməmişəm.

- İndi hisseləmək çətindir, ona görə ki, hələ təzəsiniz. Bilir ki, yuxarıda dayağınız var.Sizdən qabaq köhnə başçıynan da əvvəllər canbir qəlbdəydi. Elə ki, köhnəldi,mərkəzlə əlaqəsi zəiflədi, prokurorun buynuzu göründü.

Ağababayevfikirli halda köksünü ötürdü:

- Beləde!.. Yaxşı ki, bu başdan məni ayıq saldın. Eybi yox, onu qabaqlayıbtədbirini görərəm. Onsuz da srokuna azqalıb.

Gülay xanımözünəməxsus əda ilə qaş-gözünü süzdü:

- Ammamilisin rəisi bambaşqadır: yumşaq, həlimxasiyyət, bir qədər qorxaq, çəkinən.Dolu bədəninə, boy-buxununa baxmayın, zahirdə pələngə oxşasa da, əslində pişikkimidir. Nə buyursanız, "bəli, baş üstə" eşidəcəksiniz. O ki qaldıməhkəmənin sədrinə, aman Allah, tərsin biridir. Bir tanışımın işi düşmüşdü ona.Nə qədər elədi, yaxın qoymadı. Axırda yuxarıdan zəng elətdirdi. Dedi qanunupoza bilmərəm. Həmişə prokurorla sözləri çəp gəlir. Ancaq rayonda camaatarasında hörməti var.

Ağababayevbaşını razı halda tərpədə-tərpədə təşəkküredici nəzərlərlə Gülayı süzdü:

- Çox sağol ki, vaxtında məlumat verdin. Həmişə gözdə-qulaqda ol, gör camaat nə danışır,kimdən danışır. Bilirsən, bu camaat qoyun sürüsü kimi şeydir. Çaşıb uyarlarbirinci müavinim kimilərə. Əlbət ki, onun cəzasını verəcəyəm, ipini eləçəkəcəyəm ki, cəhənnəmlik olsun. Qoy hamı bilsin ki, rayonun bir böyüyü,rəhbəri var, vəssalam!

Gülay xanımöz "rolunu" yaxşı oynadığından daxilində bir yüngüllük hiss etdi,istədiyinə nail olduğu üçün ürəyində sevindi.

Elə həmingündən onların arasında rəsmiyyət pərdəsi yavaş-yavaş nazilərək yox oldu.

Köməkçisiindi onun ən yaxın adamı idi, hər səhər öz sevimli lətifəsini nazlana-nazlana,məzə ilə təkrar edir, kişini xoşhallandırırdı. Bu səhər lap yerinə düşmüşdü.Ağababayevin bütün yorğunluğu canından çıxmışdı.

BirdənGülay "uf" eləyib ayağa durdu, əlini boyalı yanağına qoyub ərklə,nazla kişiyə baxdı. O da başa düşdü ki, tüklü sifəti qadının zərif üzünügicitkan kimi dalayıb. Tez ayağa qalxdı. Üzünü qırxdı, yuyundu.

Güzgüyəbaxanda tər-təmiz qırxılmış üzü, səliqə ilə arxaya daranmış seyrək saçlarıxoşuna gəldi. Yeni dəblə tikilmiş dümağ paqonlu təzə köynəyi və xoş rəngli uzunqalstuku nahamar görkəmini tamam dəyişir, ona yaraşırdı. Kişi şövqlə Gülayıözünə sıxdı. Qoltuğunda qalan balaca qadın utanırmış kimi sıxıla-sıxıla:

- Zoryaraşır sizə, - dedi, sonra ehmalca onun qoltuğundan çıxıb çayını təzələdi.

Kişipirojnadan götürüb ləzzətlə yeyə-yeyə təzədəm çayı içdi. Sonra köməkçisinəzənlə baxıb dedi:

- Hə, indidanış görüm rayonda, qara camaat arasında nə söz-söhbət gəzir.

Xasiyyətcəhövsələsiz olan Ağababayev köməkçisinə arxayın-arxayın qulaq asır, sanki onunhərəkətlərinə, üzünün ifadəsinə, alışıb-yanan gözlərinə baxmaqdan doymur, ipəkkimi yumşaq səsindən, söhbətindən olmazın ləzzət alırdı. Bunu hiss edən qadınaramla, məzə ilə danışır, maraqlı bənzətmələrlə onu güldürməyə, kefini açıbəyləndirməyə çalışırdı. Mütaliədən zəhləsi gedən, gündəlik mətbuata gözününucuyla baxmayan, həmişə vaxtının azlığından şikayətlənən Ağababayev əliniçənəsinə qoyub saatlarla Gülayı dinləməyə, hər şeyi - qəzet-jurnalməlumatlarını, rayonda baş vermiş hadisələrin təfərrüatını, kimin özünü harada,necə aparmasını köməkçisi vasitəsilə bilməyə, onun çənə söhbətinə qulaq asmağaözündə ehtiyac hiss edirdi. Gülay xanım da ondan məlahətini və qayğısınıəsirgəmir, çənəsi yorulmaq bilmirdi.

- Sənsizmənə çətin olar, Gülya!

Kişininkövrək səslə dediyi sözlər Gülaya barmaqlarında və qulaqlarında bərq vurandaş-qaşlardan qiymətli gəldi. Həyəcan dolu sevincdən səsi titrədi:

- Heç mənidemirsiz. İraq olsun, sizsiz həyatı təsəvvür edə bilmirəm.

Doluxsunmuşhalda yerindən qalxıb kabinetdə var-gəl edən Ağababayevin qarşısında dayandı.Qadının nəmli gözləri onu mütəəssir etdi. Əyilib üzündən öpdü. Gülay bunabəndmiş kimi qollarını onun boynuna doladı. Nazlana-nazlana pıçıldadı:

- Mənbilirəm, hər şey yaxşı olacaq. Axı, siz güclü rəhbərsiniz. Rayonuqaldıracaqsınız, sinənizi ordenlər bəzəyəcək, şöhrətiniz hər yana yayılacaq.Mənə bundan artıq heç bir şey gərək deyil, papam canı...

(ardı var)

Əlövsət BƏŞİRLİ

TƏQVİM / ARXİV