adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SÖZÜN İŞIĞINDA

VAQİF YUSİFLİ
54660 | 2013-05-25 00:51

YurdumuzunCənub bölgəsində ədəbi həyat əvvəlkitək qaynayır. Cəlilabad, Masallı, Lənkəran,Yardımlı, Lerik, Astara rayonlarında yaşayıb-yaradan çoxlu nasirləri, şairləri,publisistləri tanıyırıq. Vaxtilə mərkəzi mətbuatda çox çətinliklə çap olunan,kitabları nəşriyyatlarda yatıb qalan şairlər indi rahat nəfəs alır, heç birmaneə ilə üzləşmədən ən nüfuzlu qəzet və jurnallarda çap olunur, kitabları daişıq üzü görür. Təbii ki, bu, müstəqilliyin, demokratik azadlığın Söz üçünyaratdığı əvəzolunmaz şəraitdir. Cənub bölgəsində də Sözün azadlığı özünü nəşrolunan kitablarda, müxtəlif adda jurnallarda, şeirə, sənətə, söz adamlarınaayrı-ayrı rayonlarda icra hakimiyyəti miqyasında qayğının güclənməsində nəzərəçarpır.

Cənubbölgəsi Azərbaycan ədəbiyyatına qüdrətli söz ustaları bəxş etmişdir. Xalq şairiSabir Rüstəmxanlı, istedadlı şairlər və nasirlər: Şəkər Aslan, Vaqif Hüseynov,Məmmədhüseyn Əliyev, Azad Talışoğlu, Ayaz Vəfalı, Zülfüqar Qodmanlı, MəmmədKazım, İltifat Saleh, Abbasağa Azərtürk, Ağəddin Mansurzadə, Zeydulla Ağayev,Rafiq Tağı, Tahir Qurban, Fəxrəddin Ziya, Nurəddin Ədiloğlu, Salam Sarvan məhzCənub bölgəsində dünyaya göz açmışlar. İndi Cənub bölgəsində yaşayıb-yaradanistedadlı qələm sahibləri də bu ənənənidavam etdirir, regionun ədəbi həyatının daim canlanmasında səy göstərirlər.Lənkəranda Anar Həbiboğlu, Ağamir Cavad, Tərlan Əbilov, Elşad Səfərli, SamirSədaqətoğlu, İslam Rzayev, Astarada Mehman Qaraxanoğlu, Yardımlıda AslanQuliyev, Sakit İlkin, Masallıda Arif Fərzəli, Rafiq Məmməd, Xanəli Tolış,Nurməmməd Ağa, Qəni Bəxtəvər, Süleyman Əlisa, Cəlilabadda Böyükxan Bağırlı,Mirkamil Mirxəliloğlu, Ədalət Salman, Əlizadə Nuri, Əlizadə Həsrət, MeyxoşAbdullah, Lerikdə Qədiməli Əhmədgöz yaradıcılıqları ilə sübut edirlər ki,əyalətdə yaşamaqla da böyük ədəbiyyatın gözəl nümunələrini yarada bilərlər.

Haqqındasöz açmaq istədiyim Ağamir Cavad da belə istedadlardan biridir və o, təkcəyaşadığı Lənkəranda və ümumən Cənub bölgəsində deyil, Azərbaycan ədəbiprosesində də tanınır. O, bölgənin ədəbi həyatında fəal iştirak edir:respublikada kifayət qədər tanınan "Söz" ədəbi-bədii jurnalınınredaktor müavinidir, AYB Lənkəran bölməsinin ədəbi məsləhətçisidir, bir sıramühüm tədbirlərin təşəbbüsçüsü və icraçısıdır. Ancaq hər şeydən əvvəl ŞAİRDİR.Özünəməxsus poetik üslubu, deyim tərzi ilə seçilən bir şair.

Onun"Eşq işığı" (2007) və "Yanmış budaq üstə oxuyan bülbül"(2013) şeirlər kitabları qarşımdadır və bu kitablardakı şeirlər Ağamir Cavadınpoetik dünyası haqda müəyyən təsəvvür yaradır. Hər iki kitabda Ağamir Cavad önsöz olaraq poeziya ilə bağlı duyğu və düşüncələrini izhar edir. Yazır ki:"Poeziya gözəllikdir. Həyatda hər şeyi gözəl görmək istəyindən yaranırşeir. Mayası gözəlliklə yoğrulmuş bütün yaranmışların bətnində işıq var. İşıqlısöz həyatın gözəlliklərini özündə ehtiva edir. Şeir də işıqdır.

Poeziyasaflıqdır. Saf ürəklilərin bütün qəlbləri pak görmək istəyindən doğulur şeir.

Poeziyaməhəbbətdir. Ülfət, ünsiyyət, dostluq yaradır şeir. İnsanları birləşdirir,əsrləri birləşdirir, həyatın, zamanın yolunu yaradır. Bu yol ən uzun bir yolur.Bu yol Adəmdən başlayıb. İlk şeiri Adəm peyğəmbər yazıb".

Beləliklə,Ağamir Cavadın poeziya ilə bağlı düşüncələri ilə tanış olduq və bizə aydın olduki, Ağamir poeziyaya təsadüfi gəlməyib, bu həqiqətləri dərk edərək gəlmişdir."Söz ömrü" şeirində oxuyuruq:

Ürəyim birdünya oddur, ocaqdır,

Köz ömrüqədərdir dünyanın ömrü.

Tanrınınsözüylə yaranıb yanar,

Söz ömrüqədərdir dünyanın ömrü.

Odur ki,gah sevinc, gah da dərd umar,

Sıxarürəyimi kirkirə sözlər.

Sinəm dərdzəmisi yığıb ovcuma,

Səpirəmvarağa bakirə sözlər.

Bu gün asınməni, daşqalaq edin,

Hər daşdanbir çınqı köz göyərəcək.

Ruhumaölçülmüş dar ağacından,

Bir misra,bir ayə söz göyərəcək.

Ürəkdəntanrıya sevgi yolunda,

Bir ürəkköz ömrü yaşayacağam.

Tutub birmisranın ətəklərindən,

Bir dünyasöz ömrü yaşayacağam.

Bu şeirAğamirin bir az öncə sitat gətirdiyimiz fikirlərinin poetik təcəssümüdür.

Ağamirinşeirləri müxtəlif mövzuda qələmə alınıb və bu baxımdan rəngarəngliyi ilədiqqəti cəlb edir. Əsas odur ki, Ağamir ənənəvi mövzulara, özündən əvvəlyazılanlara təzə nəsə əlavə etməyə can atır, buna çox zaman nail olabilir. O, "Üz tutub gedirəm"şeirində dağla insan arasındakı oxşarlıqdan söz açır. Yüzlərlə şeirdə insandağa oxşadılıb. Vüqarı dağ zirvəsinə qiyas tutulub. Dözümlülükdə dağ misalgətirilib. Bəs Ağamir necə düşünür? "Açsın haqq sinəsin qoy xalı dağlar,Qıymasın, qəlbimdə xal xali dağlar. Haqqa arxa olar arxalı dağlar, Üz tutubgedirəm dağlara sarı". Buludlar haqqında poeziyamızın ortaya qoyulasıçoxlu nümunələri var. Ağamir Cavadın "Buludlar" şeirən diqqətyetirək: "Nə sirdir görünmür heç izin, Qoynunu günəşə aç, isin. Çəkərəktorpağın acısın, Ağaran, qaralanbuludlar. Gözəlsiz-köynəyi sökülən,Utanıb yığılan, bükülən. Ah olub dağlara çəkilən, Düzlərdə şeh olanbuludlar". Bu şeirdəki metaforalar orijinaldır. O, yanmış budaq üstəoxuyan bülbülə üz tutub deyir ki: "Dünyanın bir sönmüş ocaq dərdini Atəşi müqəddəssananlar bilər. Ağacın bir yanmış budaq dərdiniBizim tək eşqində yananlar bilər".Şair Lənkəranda bitən nadir dəmirağacı haqqında poetik düşüncələrinibelə şərh edir. Təzə, təravətli misralarla: "Qızıla bürünmüş dəmirağacıYaşayır ömrünün qızıl payızın. Düşüb tilsiminə bu yerin, göyün, Payız küləyiylədarayır saçın. Çəkib başı üstə qızıl örpəyin, Xatirə danışır dəmirağacı".Ağamir Cavad xalq şeiri formaları olan qoşmaya, gəraylıya daha çox müraciətedir və hiss olunur ki, o, qoşmaya, gəraylıya doğma şairdir. Qoşma üçün maraqlıgörsənən qafiyə və rədif seçmək məsələsində Ağamir artıq ustalığa yiyələnib."Saman çöpü" bu baxımdan Ağamirin ən uğurlu şeirlərindəndir:

Göylərqaraldıb buludun,

Yerləringözy suludu.

Əziyyətdi-haqqyoludu

Mənimyolum, saman çöpü.

Bu dünyaşər qavalıdı,

Səsli,küylü, nəvalıdı.

Hələ şeytanhavalıdı

Sağım,solum, saman çöpü.

Hər gələninöz adı var,

Köləsi var,azadı var.

Həyatın birtəzadı var-

Ölüm-olum,saman çöpü.

Silahımhaqq, yox bir hiyləm,

Vuruşuramyerlə, göylə,

Boğuluram,kömək eylə,

Ağrın alım,saman çöpü.

AğamirCavadın şeirlərinin ümumi ruhunu müasir insanın həyat, dünya, gözəllik, tarix,cəmiyyət, təbiət haqqında düşüncələri təşkil edir.

Onun lirikqəhrəmanı həyatda baş verən olaylara qarşı həssasdır, ədalətsizliyə,biganəliyə, insana qarşı haqsızlığa dözəmmir. "Kiçildin" şeirində("Bir nəfərə..." silsiləsindən) "haqq-haqq" söyləyən, ammabütün həyatı boyu haqsızlıq edən, könülləri qəmə sürükləyən bir insan tənqidatəşinə tutulur. Bu tipli şeirlər az deyil və hiss olunur ki, Ağamir həyatdabaş verən mənfi, naqolay hadisələrdən, ürək bulandıran olaylardan yazmağaözündə mənəvi bir tələbat görür. O, daha geniş, daha qlobal mənada üzünüDünyaya tutur, həyatdakı, cəmiyyətdəki xaos, hərc-mərclik, mənəvi aşınmalarlabağlı onu sorğu-suala çəkir:

Namərdqoltuğunda yatıb dincələr,

Başınqorumaqçün sözündən keçər.

Nə zamandüzələr, nə vaxt incələr,

Nə zamaniynənin gözündən keçər?

Qarışıbxeyiri, qarışıb şəri,

Astarındəyişib nimdaş üzüylə.

Öz azğınyoluna çəkib bəşəri,

Hələ ki yolgedir şeytan iziylə.

Özün haqlısayır, yolun düz bilir,

Bulaşıbhalala haram. Düzdü ki?

Dəvəninboynuna bənzər bu dünya,

Soruşsan,deyəcək haram düzdü ki?

Ağamirgözəl sevgi şeirlərinin də müəllifidir. Onun sevgi şeirlərində yaşanılanhisslər, duyğular qələmə alınır. O, eşqə iki insanın münasibətləri kimi dar birsferadan baxmır, eşq onun üçün işıqdır, həyatdır. Onun təsvir etdiyi Aşiq buəbədi işığı ürəyində daşıyır. "Eşqdir şairlərin tapındığı din, Bu dindən,imandan doymaq olarmı? Məhəbbət əbədi, ömürlər qısa, Əcəl eşq kitabın qatlayabilmir. Şairdə ilahi sevgi yoxdusa, Səsi əsrləri adlaya bilmir". Onun "Məhəbbət" şeiri mən deyərdimbugünkü sevgi poeziyasının gözəl nümunələrindən biridir. Bu şeiri mahnı kimioxumaq olar.

Ömürkarvanının köçündən keçir,

Min ildirəkindən, biçindən keçir.

Zülmətgecələrin içindən keçir

İşıqlıgündüzə, günə məhəbbət,

Məhəbbət,məhəbbət, yenə məhəbbət.

Keçilməzsədləri, yolları biçir,

Əbədi birvəhdət şərabı içir.

Ucazirvələrin eşqindən keçir

Dumanaməhəbbət, çənə məhəbbət,

Məhəbbət,məhəbbət, yenə məhəbbət.

Bu ilAğamir Cavadın əlli yaşı tamam oldu. Yaşadığı Lənkəran şəhərində onun yubileyikeçirildi. "Söz" jurnalında (onun ilk baş redaktoru mərhum şair ŞəkərAslan idi, indi istedadlı publisist Sevda Əlibəyli jurnalı yaşadır) onun buyubileyi barədə geniş material dərc olunub.

Təbrikedirik, Ağamir!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV