adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Aprel 2020 08:08
21532
GÜNDƏM
A- A+

İsgəndər Həmidovun 72 yaşı tamam oldu

Bu gün mərhum İsgəndər Həmidov yaşasa idi 72 yaşı tamam olacaqdı. Bir zamanlar dəlisov, çılğın, azadlığı və Vətənini həyatı qədər sevən İskəndər Həmidov var idi!

Kəşməkeşli həyat yolu keçmiş, bu dünyanın ağrılı acılı hər üzünü görmüş general leytenat İsgəndər Həmidov 72 yaşına çatmağına günlər qalmış vəfat etdi.

Əvvəl ömür gün yoldaşı Rəna xanımı itirdik, sonra isə........

İsgəndər Məcid oğlu Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirmişdir. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının, Azərbaycanda Türk Millətçilərinin liderlərindən olub.

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

1992-ci ildə Ağdərədə gedən döyüşlərdə, minanın partlaması nəticəsində, onun kürəyinə qəlpə girmişdi. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.

Həbs olunması

1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Şəxsi həyatı

Ailəli idi, Məcid və Nofəl adlı oğulları var.
2020-ci il 26 fevral tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
General leytenat İsgəndər Həmidov bütün düzləri və səhvləri ilə Azərbaycanın azadlıq hərəkatında və tarixində silinməz izlər qoyduğu şübhəsizdir!

Tanrı ruhunu şad etsin, tini uçmaq olsun!

Teref.az