adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Aprel 2020 14:54
22246
SİYASƏT
A- A+

ATƏT-in HƏMSƏDRLƏRİNİN DƏRDİ MƏNİ ÖLDÜRƏCƏK

Pudralı-kraskalı həmsədrlər həftə səkkiz- mən doqquz gəlirdilər İrəvana: İərvan konyakı, Həkərinin qızıl balığı, ordan da gəlirdilər Bakıya – Şirvan konyakı , asetrin kababı, ikradan-mikradan yeyib-içib getməkdən porsuğa dönmüşdülər. Bir yaralı barmağa da pəşo eləmirdilər.

İndi iki aydan çoxdu aradan cırıblar. Görən, yazıqlar nə yeyib-içirlər. Elə hər gün yadıma düşürlər, dilxor oluram. Xüsusən də o fransız həmsədr üçün adam darıxır.

Mejduproçim, monitorinq qrupu da gözə dəyməyəndən cəbhə xəttində sakitlikdi. Atəşkəsin pozulması 4-5 dəfə azalıb.