adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Aprel 2020 14:51
19643
DÜNYA
A- A+

TÜRKİYƏ ERMƏNİSTANA YARDIM EDƏCƏK!

Qəzetələrdə oxudum ki, millətimizin ikinci dövləti Ermənistana məlum xəstəliklə bağlı yardım etmək fikrindədi. İndi Paşinyan qəbul edəcək-etməyəcək, dəqiq deyil.

Millətimizin ikinci dövlətinə bir xatırlatma .

Spitakda zəlzələ olanda bizim Vəzirov sayseçmə oğlanları yığıb doldurdu bir təyyarəyə və göndərdi İrəvana. Ermənilər də təyyarəni vurdular, bir nəfərdən başqa hamısı həlak oldu. Həmin vaxt bizim qəzetlər Qarakənddə vurulan vertolyotun dumana düşüb dağa dəydiyini yazan kimi, yazdılar ki, guya İrəvana uçan həmin təyyarənin də dumana düşüb dağa dəydiyini yazdılar.

Yuqoslavlar da Ermənistana yardım üçün təyyarə göndərmişdilər , həmin təyyarə də İstanbuldan uçmuşdu. Ermənilər yuqoslavların təyyarəsini Türkiyə təyyarəsi hesab edib onu da vurmuşdular.

İndi ikinci dövlətimizə bunu ona görə xatırlatdım ki, yardımı təyyarə ilə göndərməsinlər, Ermənistan vura bilər, tirlə göndərsinlər.

Seyran Səxavətin Qədir Rüstəmovla müsahibəsində belə bir yer var. Seyran Qədirdən soruşur ki, uşaqlara arvad tərəfinin adını qoymusan?

Qədir:

- Niyə, özümünkülər qırılıb qurtarıb ki?

Bunu da Rey Kərimoğlu demiş, elə-belə dedim ey.