adalet.az header logo
  • Bakı 21°C
11 Aprel 2020 07:42
24945
GÜNDƏM
A- A+

Təki insanlıq uğrunda yarışa girək!

Kamil Zeynallını o qədər tanımır, heç bəlkə xoşlamıram da. Amma kasıb ailələrə yardımlarını çəkib paylaşır, izləyirəm. Hə, mən razı, reklam etmək düzgün deyil. Amma biz toplum olaraq adday-budday toplumuq. Çəkib göstərmirsən, deyirlər ki, xeyirxah deyil. Çəkib göstərirsən, deyirlər ki, reklamdı. Şəxsən bir neçə adam tanıyıram ki, camaat onları bəyənmir, əlli min söz deyir, amma o adamlar kasıb ailələrə yardım edir. Etdiklərini də utandıqlarından çəkmir, göstərmir.

Təki insanlıq uğrunda yarışa girək. Qoy reklam olsun!