adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DƏVƏ DÖZÜMÜ

FƏRİDƏ RƏHİMLİ
53342 | 2013-05-25 00:50

Nağıl kimişirin xatirəsi ürəyimdə yer tutan karvan haqda, keçənlərimizdən eşitmişdim.Gecələr səmada ağ xətlə görünən zolağa "karvan yolu" deyərdi,qocalarımız. Ulduzlu gecələrdə xəyala dalıb, o karvanla o qədər yolçu olmuşamki...

Yaşlıların dilindən karvan, sarvan, karvansarakimi sözləri tez- tez eşidərdim. Rayonumuzun Qarğabazar kəndində magistralyolunun üstündə bir karvansara da vardı. Qorunan bu tarixi abidənin (Füzulirayonunun bu kəndi də erməni işğalındadı!) üstündə inşa olunma vaxtı,yanılmıramsa, XVII əsr göstərilmişdi...

Qapını kimsə bərk döyəndə dilimin öyrəşdiyi"Karvansara qapısı döyürsən?" sualını vermək adətimdi.

Qocalardan eşitdiklərim, Soltan Hacıbəyovun "Karvan"simfoniyasını ilk dəfə dinləyib, sevdiyim vaxtlara təsadüf etdiyindən, bu simfoniya karvanı mənə daha yaxından,olduğu kimi - bütün romantikliyi, macəraları, qüssəsi, yorğunluğu ilətanıtdırmışdı.

Hələ də tammənada ayırd edə bilməmişəm karvana, dəvəyə olan marağımın səbəbini...

Bunları indi xatırlamağımın səbəbləri var.Fikir vermisinizsə, son vaxtlar paytaxtımızda dəvə heykəli, dəvə rəsmi, yolkənarlarındakı hasarlarda şəbəkə şəklində yığılan dəvə karvanı təsviri dəbəminir. Xırdalanda yaşadığımdan əsasən bu təsvirləri orada görürdüm. Amma buyaxınlarda Binəqədi, Yasamal və digər rayonlarda da bunları görəndə artıq buişdə bir səbəb axtarmağa başladım. Aydın məsələdir ki, indi hər hansı xariciölkəyə, dəvə karvanıyla aylarla gedilən yolu bir neçə saata gedə bilirsən.Təyyarə ilə, avtomobillə, qatarla qət etdiyin bu yolu karvanla getdiyinin yüzdəbiri qədər vaxta qət edə bilərsən. Ona görə də daha karvana ehtiyac yoxdu.

Bir yandanda respublikamızda dəvəçilik az inkişaf etdiyinə görə (Eşitdiyimə görərespublikamızın yalnız bir neçə rayonunda dəvəçilik inkişaf etdirilir. Onun dadəqiqliyinə əmin deyiləm), bu, dəvə sevgisi məsələsi bir az müəmmalıdırmənimçün.

Hər gün yolboyu "dəvələri" görəndə bu fikir istər - istəməz məni məşğul edirdi.Amma Sumqayıt - Bakı yolunun sağ istiqamətində Xırdalanın üstündəki"karvanı" görəndə ağlıma gələn ideya mənə nisbətən məntiqli göründü.Həmin an problemlərlə dolu günüm olduğu və çıxış yolum yalnız səbr etmək,dözmək olduğu üçün karvana baxarkən, "evrika!" deyə, qışqırmaqistədim. Bəli, səbəbi tapmışdım. Bu, heykəllər millətimizin rəmzi idi! - səbir,dözüm, hövsələ rəmzi, aclığa, susuzluğa, zəhmətə, möhnətə dözüm rəmzi - dəvəsəbri, dəvə dözümü!

Şəhərimizdəki müxtəlif heyvan heykəllərinixatırlayaraq, bunların, yəni şir, ceyran, cüyür, hətta eşşəyin Bakı üçün hansımənanı ifadə etdiyini anlamıram. Kimsə deyə bilər ki, bu heykəllər təbiətinifadəsidir, uşaqlara tanıdıb sevdirmək üçün önəmlidi, ancaq bu məntiq ağlabatandeyil. Çünki Bakının Zooparkı var və orada həmin heyvanları canlı şəkildəmüşayiət etmək olar. Təbiəti sevməyimizi heykəllər ucaltmaqla yox, təbiətiqorumaqla sübut etməliyik. Heykəllər zaman dəyişdikcə uçurula, dağıdıla bilər,ancaq sevgini ürəkdən heç kim çıxara bilməz. O ki qaldı dəvəyə...

Bəli,doğrudanda dəvə çox dözümlü, səbirli bir canlıdı. Biz insanların onasevgisi kövrək bir atalar misalına daçevrilib: "Dövlətdə dəvə, övladda nəvə" kimi...

Ağırzəhmətindən başqa, əti, yunu, südü də qarşılığını gözləmədən istifadə olunandəvənin bütün bu keyfiyyətlərini

nəzərdətutaraq, müflis olmuş adama "dəvəsi ölmüş ərəbdi" deyirlər. Yəni,ərəbin dəvəsi öldüsə, özü də ölmüş kimidir.

Dəvəhaqqında fikirlərimi kifayət qədər ifadəedə bilməsəm də, ona olan rəğbətimi nisbətən anlatmış olduğuma əminəm. Amma birəsas məsələ qalır. Bütün müsbət tərəflərinə rəğmən dəvənin, yadda saxlanmasıvacib olan bir xüsusiyyəti də var: Dəvə çox kinli olur! İllər keçsə də, kinbəslədiyi adamı unutmur və yeri düşəndə, vaxtı gələndə əks tərəfdən hayıfınıçıxır. Bu hayıf çıxmağın da dəvəyə məxsus yöntəmləri var. Dəvə əvvəlcə oinsanın üzünə tüpürür, sonra da onu ayaqları altına alır. Bu hadisədən sağçıxmaq mümkün olarsa da, o adam ömür boyu şikəst qalır. Və o tüpürmə də başqalarınkı kimi deyil,silib keçəsən! Dəvənin tüpürməyi başqalarından seçilir. Çünki deyilənəgörə, o tüpürcəyin yeri sağalmaz yarayaçevrilir. Bu tüpürcək üzündə damğa kimi qalan adam ömrünün sonuna qədər səhvininvəbalını daşımağa məcbur olur. Kaş ki, bütün yolundan çıxanların səhvinincavabı dəvə tüpürcəyi qədər asan və kəsərli olsaydı!

İşdi, dəvəsaxlamaq fikrinə düşsəniz, onun zəhmətindən, dözümündən, səbrindən, ətindən,yunundan, südündən və sair, istifadə edin, amma kininə tuş gəlməyin! Çünki dəvəkininin coşmasının qarşısını alacaq qüvvə tanımıram...

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV