adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Aprel 2020 08:27
27845
GÜNDƏM
A- A+

Xanoğlan Heydərov: Bəs burda nə sülənirsən?!

Bir qıza elçi gəlirlər. Qızın da qardaşı söyüşcülüymüş.Atası tapşırır ki, nə olursa, olsun səsini çıxartma. Xülasə, elçilər gəlir. Yemək-içmək başlayır. Məclisin ortasında qızın qardaşı qarşısında əyləşənə əliylə bir işarə edir. Qarşıdakı başı ilə narazılığın bildirir. Oğlan ikinci dəfə başqa bir işarə göstərir, adam bu dəfə də başı ilə narazılıgını bildirir. Oğlan bu dəfə başqa bir işarə edir. Adam da əsəbləşir, oğlanın atasına deyir ki, bəs oğlun məni söydü.

Ata da oğluna deyir ki, ayə, bəs demədim danışma, niyə söyürsən qonağı?

Oğlu deyir: Ata, mən söymədim, əlimlə belə göstərdim ki, oğlan evindənsən? Bu da işarə elədi ki, yox. Bir işarə elədim ki, qız evindənsən? Bu da işarə elədi yox. Mən də əlimlə işarə elədim ki, qız evindən deyilsən, oğlan evindən deyilsən, bəs burda nə sülənirsən?!