adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

BÖYÜK DOĞUDAN BAŞLANAN YOL

TOFİQ ABDİN
33518 | 2013-05-25 00:49

Prezidentİlham Əliyevin sərəncamı ilə bu il may ayında çağdaş tariximizə AzərbaycanCümhuriyyətinin qurucularından biri kimi daxil olan görkəmli siyasi xadim vədövlət adamı, diplomat, publisist Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyiqeyd ediləcək.

Şübhəsiz, həmişə olduğu kimi bu dəfə də dövlətbaşçısının sərəncamı tarixi şəxsiyyətlərimizi və irsimizi daha dərindənöyrənmək, daha geniş təbliğ etmək üçünistiqamətləndirici rol oynayır. İnanmaq istərdim ki, bu sərəncam tarixçi vəpolitoloqlarımıza bütün həyatını doğma xalqına həsr etmiş, bu yolda sonsuzməhrumiyyətlərə qatlaşmış Əlimərdan bəy haqqında yeni, tutarlı və əhatəlitədqiqatlar aparmaq baxımından stimul verəcək, onun həyatı, şəxsiyyəti,mübarizəsi haqqında naməlum həqiqətlərin üzə çıxarılmasına yardım edəcək.Fikrimcə, bu yubiley işığında görüləcək ən mühüm işlərdən biri Ə. Topçubaşovunzəngin siyasi-publisistik və epistolyar irsinin toplanması və nəşri olardı.Çünki bu həm də milli dövlətçiliyimizin və XX yüzillikdə pərvəriş tapanAzərbaycan diplomatiyasının tarixi olacaq...

Əlimərdanbəy Topçubaşov milli müstəqillik və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi şəxsiyyətlərdəndir. Azərbaycancəmiyyətinə "Yox millətimin xətti bu imzalar içində!" əhval-ruhiyyəsininhakim kəsildiyi bir dövrdə o, təkcə doğma xalqının deyil, Rusiya imperiyasındayaşayan bütün türk-müsəlman əhalinin liderlərindən biri kimi siyasət və ictimaifəaliyyət meydanına atılmışdı. Rusiya müsəlmanlarının ilk siyasi təşkilatının -"İttifaqi-müslim" partiyasının qurulmasında, bir-birinin ardınca üçtürk qurultayının keçirilməsində, Dövlət dumalarında Müsəlman fraksiyasınınyaradılmasında və fəaliyyətinə rəhbərlikdə onun müstəsna xidmətləri olmuşdu.Tutduğu yol, öncüllərindən biri olduğu siyasi mübarizə Ə.Topçubaşovu məntiqişəkildə müstəqil milli dövlətin - Azərbaycan Cümhuriyyətinin qurucularısırasına gətirmişdi. O, ən çətin sahəyə - xarici siyasətə rəhbərlik etmişdi.Nüfuz, bilik və təcrübəsinə ehtiram duyan mübarizə yoldaşları onu qiyabisurətdə ali qanunverici orqanın - ölkə Parlamentinin sədri seçmişdilər.Əlimərdan bəy Paris Sülh konfransında gənc Azərbaycan Cümhuriyyətinin dünyagücləri tərəfindən de-fakto tanınması kimi böyük qələbəyə imza atmışdı. 1919-cuildə Versal Sülh konfransında bu beynəlxalq siyasi etiraf baş verməsəydi,bolşevik işğalından sonra Azərbaycanın müttəfiq respublika statusu alması çoxböyük sual altında qalacaqdı.

VilayətQuliyev. 15.04.2013 ("525-ci qəzet")

Mən tezsoruşuram: bu Əliəşrəf bəy, Əlimərdan Topçubaşovun nəyi olur?

"ƏliəşrəfƏlimərdan Topçubaşovun damadı (kürəkəni) idi deyir", -Zərifəxanım.Topçubaşovun qızını almışdı. Mənim anamı...

Sözləribirər-birər deyir bu xanım. Sanki bir sədəf düzür inanın bir ipə. Məndüşünürəm: bu da bir mədəniyyətdir və bu da bir tərbiyədən gəlir heç şübhəsiz

DeməliƏlimərdan Topçubaşovun qız nəvəsidir Zərifə xanım Kürdəmir.

Vallah, oqədər şirin danışır ki, jurnalistikaüçün sözçülük də olsa hər sözünü yazmaq və oxucuya çatdırmaq ləzzət verir mənə.

"ƏlimərdanTopçubaşov anamın babasının babası olur"? - deyir Zərifə xanım. YəniZərifə xanımın dədəsi olur Əlimərdan Topçubaşov bizimcə.

Sonra mənHəsən Bəy Zərdabi ilə Əlimərdan Topçubaşın (Əlimərdan bəyin familyasının bu cürdeyilişi Zərifə xanıma aiddir) qohumluğu barədə soruşuram.

"MənHəsən Bəyi heç görmədim"? - deyir Zərifə xanım. Onlar Bakıda qalmışdılar.Həsən bəy mənim anamın anasının babası (atası) idi".

"Mənindi burda bir ailə sahibiyəm", - deyə davam edir Zərifə xanım. İki qızımvar. 4 nəvəm var. Qızlarımdan biri İstanbulda yaşayır. O birisi İzmirdə. Hərikisinin də vəziyyətindən çox razıyam".

"İstanbulanecə gəldik"

"Bizİstanbula necə gəldik? Atam mənim Əliəşrəf çox ciddi bir adam idi. Mənim birbacım da vardı. Elə indi də var. Yaşayır. Atam bizim gələcəyimiz üçün çoxnarahat idi. İstəmirdi ki, biz başqamillətə qismət olaq. Yəni başqa bir millətə ərə gedək. Ona görə də Fransadanköçmək məcburiyyətində qaldıq. Biz buraya, İstanbula gələndə mənim artıq 24yaşım vardı".

Çoxçeynənmiş bir sual olsa da soruşmağaməcburam və soruşuram:

- Zərifəxanım, Siz atanızı necə xatırlayırsınız?

"Atamiyirmi ildir ki, vəfat eliyib. (və bu arada hiss eləyirəm ki, yaş öz işini görür, bu xanım-xatın qadınmənim indicə verdiyim sualı unudub başqa bir şey haqqında danışmaq istəyir. Heçşübhəsiz onun danışacağı bütün şeylər maraqlıdır, şayət bu bütün şeylər mənim istədiyimlə bağlıolsa, ancaq bəzən belə olmur, tamambaşqa şeylər danışırıq. Belə olduğu anda, yəni bu bir neçə dəfə təkrar olunur, mən sualı yenidən verməyə məcbur oluram vəZərifə xanım da bunu hiss edir gülür və cavab verir:

"AtamTiflisdə doğulmuşmuş. Ailəsi çox zəngin olub. Mənim anam tərəf də çox mədəni vəintellektual bir insanlar olublar. Əlimərdan Topçubaşın 5 uşağı olub: birisimənim anam, birisi Ələkbər Topçubaşov, oParisdə yaşayırdı. Orada da vəfat etdi. Çox insan bir adam idi. Çox dilbilirdi. Türkoloqdu. Sonra birisi də Ənvər Topçubaşovdu. O indi də Parisdəyaşayır. Birisinin də adı Sihhət idi. Birisi də iyirmi dörd yaşında vəfatetmişdi. Birisi də Rəşidə idi. Bu adamların hamısı vəfat edib. Bir oğlu Parisdəyaşayır. Mən 13 yaşındaydım, Əlimərdan Topçubaşov vəfat edəndə. Biz bir binadayaşayırdıq. Atam da anasını gətirmişdi Qafqazdan. Bacısını da gətirmişdi. Biz böyüdükvə ayrıldıq. Mən öz ərimlə burada İstanbulda tanış oldum. O İstanbuldadoğulmuşdu".

Zərifəxanım Kürdəmir Parisdə konservatoriyanı bitirmiş, sonra iki il də universitetdəoxumuş, İstanbula gəlmişlər, sonra ailə qurmuşdur. Bir müddət sora boşanmış vəboşandıqdan sonra iki əli olmuş Zərifə xanımın bir başı. Əri heç bir yardımetməmiş və ailə dağılanda da uşaqlardan birinin üç, o birinin altı yaşı varmış.

"Atamköməklik eləyirdi bir az, onun köməkliyi ilə ayaq üstə durmağı bacardıq",- deyir Zərifə xanım." Sonra özüm müəllim işlədim. Fransızca dərsdedim".

- Siz heçAzərbaycana getmədinizmi?

Çox yorğuncavab verir:

"Heçgetmədim. Amma vətənimdi. Babamın vətənidi. Dedimin vətənidi. Gedəcəyəminşallah..."

Hər halda73 yaşlı bu qadının bu istəyi hörmətə layiqdir.

Amma yenədə təkrar edir: gedəcəyəm, inşallah.

Mənim:atanız Azərbaycandan ən çox nədən danışardı" sualıma Zərifə xanım beləcavab verir:

"Anamda, atam da Azərbaycandan o qədər danışarlardı ki... onların iki sözlərindənbiri Azərbaycan idi. Xatırlayıram ki,anam da, atam da son günlərinəkimi həmişə çox şirin Azərbaycan şivəsində danışırdılar. Təsəvvür edin, Fransaola, Paris ola, orada topa-topa od qalardıq, tonqal düzəldərdik, ocaq çatardıqvə üstündən atlanardıq.

Xüsusiləanam bu Novruz bayramında dadlı-ləzzətli şeylər bişirərdi. Təsəvvüreləməzsiniz. Parisdə teatra gedərdik, deyərdilər ki, Azərbaycanda daha yaxşı idi. Bütünlüklə hər şeyi müqayisəeləyəndə, həmişə Azərbaycanda hər şeyin daha gözəl olduğunu, daha yaxşıolduğunu söylərdilər.

Bu baharbayramlarının hamısında Azərbaycandan gələn ailələr bir yerə yığışırdıq. Həttagürcülər də bizə gələrdilər. Qarışardıq bir-birimizə".

Zərifəxanım danışdıqca məni bir maraq götürür və bu marağın təsiriylə bəlkə dəsoruşuram.

- Zərifəxanım, Siz o zaman söhbətlərdə heç eşitmədiniz ki, valideynləriniz Bakının hansı səmtindəyaşamışlar?

"Mənimanamın evində indiki İran səfirliyi yerləşir. Mən belə eşitmişəm. Doğrumu, yalanmı bilmirəm, mənə belə dedilər. Bunumənə bir Azərbaycanlı xanım var buralarda, Şahban xanım, o dedi. Şahban xanımlar da gözəlinsanlardırlar və həmişə bizə gəlib gedərdilər, anamı çox sevərdilər onlar.İndi İstanbulun Anadolu hissəsində Caddəbostan deyilən bir yer var, orada yaşayırlar".

Mənsoruşuram ki, sizə o zaman gələn azərbaycanlılardankimləri xatırlayırsınız?

ÖncəHacıbəyovların adını çəkir. Timurçin vardı deyir. Keçən sənə, keçən il vəfatetdi. Çox böyük qohumluğumuz, akrabalığımız vardı.

"Gürcülər,çərkəzlər, ermənilər, bir də bizlər toplantılar keçirərdik. Ayrı-ayrılıqda bizdə bu millətlərin bayramlarını eləyirdik. Mən belə bir havada böyüdüm. Mənimdədəm Əlimərdan bəy mükəmməl bir insandı. Onun evinə Fransanın tanınmışadamları çox gələrdi. Sonra Zərifə xanım həyatının başqa tərəflərini anlatmağa,danışmağa başlayır. İki uşağının çox tez yetim qalması barədə, dədəsiƏliəşrəfin həddindən ziyadə sərt bir insan olması barədə və buna görə də başqabir ev kirayələyib (kirayə haqqını atası verirmiş) yaşamağı barədə xeyli söhbəteləyir. Müəllimlik elədiyindən, xüsusi evlərdə dərs dediyindən söz açır. "Çalışdım.Uşağlarımı böyütdüm. Evləndilər, məsuddurlar. Çox

-məsuddurlar" - deyir. Sonra mən, İstanbula gəldikdən sonra buradakıAzərbaycanlılar görüşləri barədə soruşuram. Könülsüz cavab verir.

(Diqqət!Diqqət! Diqqət və yüz kərə Diqqət! Mən qürbətdə çox yaşamadım, amma, qəriblikdə belə bir-birinə xor baxmaq, hardasa düşmənçilik etmək, allahım,görəsən bu millətin bir alın yazısımı? Anladılası bir şey deyil. Heçanladılası bir şey deyil.)

"Soyuqdular,çox soyuqdular. Parisdəki azərbaycanlılar çox yaxşıydılar. Tamam başqaydılar.Bir Zöhrə xanım var o yaxşı insandır. Onunla aradabir görüşürəm. Xan Xoyskininailəsi var burda, Sima xanımgil, onlarla da görüşürəm. Nişantaşında olurlar.Maçkada. (hər iki yer İstanbuldadır). Sonra Gülnar xanım Səfikürdski var.Onunla da görüşürük".

"Həyatdaxoş günlərim çox olmasa da, indi rahatam", - deyir Zərifə xanım Kürdəmir.

Uzun...çoooox uzun bir susqunluqdan sonra (bilmirəm ki, vallah nələr düşünür) gülümsünərək:"Bankada bir az pulum var, övladlarım gözəl yaşayırlar... Uşaqlarım məniçox sevirlər heç ayrı buraxmırlar. Sıx-sıx gəlib gedirlər".

Zərifəxanım bir qəribə şey də açıqlayır. Və bunu açıqlamadan qabaq əlavə eləyir ki,Rəsulzadə bizim ilə çox yaxın idi. Bunu deyir və məni heyrətə gətirən bir şeydə əlavə ələyir. Mən bu faktı onun dilindən necə eşitmişəmsə eləcə də təqdimetmək istəyirəm. Sözbəsöz: "Fakat Rəsulzadə Cümhurbaşqanı deyil, komitəbaşqanıdır. Nədənsə onu həmişə Cümhurbaşqanı kimi göstəriyorlar. Mən özüm onudəfələrlə gördüm. Parisdə də, burada da həmişə bizə gəlirdi. Böyük babam həmişəonunla görüşürdü və çox sempatik bir adam idi".

Təbii bu faktın nə dərəcədə doğru olduğunu mənbilmirəm və ola bilsin ki, o zaman komitə başqanı olaraq deyilən elə buCümhurbaşqanı demək imiş.

Sonra mənZərifə xanımdan bir Azərbaycan mahnısını deyək, Azərbaycan şeirimi deyək bunabənzər bir şeyləri xatırlayıb- xatırlamadığını da soruşuram və o "çoxtəəssüf, vallah heç xatırlamıram" -deyir. Və elavə eləyir:

"Bilirsiniz,bizim valideynlərimiz o qədər də bizimlə yaxınlıq eləmirdilər, bir az soyuq təhər idilər və indi düşünürəmki, bizə daha çox şeylər anladabilərdilər".

Zərifəxanım Azərbaycanın İctimai XadimiKasparlının Əlimərdanova yazdığı məktublardan söz açır və bu məktubların mənonunla söhbət elədiyim zaman İzmirdə yaşayan qızında olduğunu söyləyir və mənondan bu məktubların bir neçəsini gətirməyini xahiş eləyirəm. Aradan bir müddətkeçir və bu müsəlmançılıq xəstəliyi hər şeyi unutdurur və necə olursa da buməktubları eldə də bilmirəm. Amma çox böyük bir təəssüflə deyə bilərəm ki, bu məktubların əldə edilməməsi yalnız vəyalnız mənim günahımdır. O gözəl və o mədəni qadının günahı deyil.

Zərifəxanım böyük təəssüflə qeyd eləyir ki, oməktubların bir hissəsi də itə-bata düşdü...

[email protected]

www.tofigabdin.com

Tofiq Abdin

TƏQVİM / ARXİV