adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2020 09:05
38288
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÜRƏK

























Azacıq vaxt ayır, bircə anlıq bax -
Gör necə qovrulur sinəmdə ürək...
Çəkilib ruhum da dayanır uzaq-
Olmuram özümdə, dinəndə - ürək!..

Bu kövrək sevginin yaşı min ildi
Baharı min ildi, qışı min ildi...
Özülü, divarı... daşı min ildi -
Deməki , qalıbdı dünəndə ürək!..

Fələk bəxt payımı doğrayır, bölür
Ümid işıq-işıq qaralır, sönür...
Elə boğulur ki, elə bil ölür -
Çaşıb "cin " atına minəndə ürək!..

Kimsə dəli deyib, Məcnun sanacaq
Kimsə Əbülfətə,tam inanacaq!
Dünyam dağılacaq, gorum yanacaq -
Üstümə qırılmış dönəndə, Ürək!