adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Aprel 2020 22:24
30696
MARAQLI
A- A+

Həkimlərə məşhur filmlərdə istifadə olunmuş kostyumlar ianə edildi - VİDEO

İspaniyada həkimlərə filmlərdəvə "Çernobıl” kimi məşhur seriallardaistifadə olunmuş kostyumlar ianə edilib.

Bu barədə RT məlumat yayıb.

"Biz bunun necə düzəldildiyini bilirik və emalatxanalarımızda xalatlar, maskalar, papaqlar və bu cür geyimlər hazırlanır”, - deyə filmlər üçün kostyum hazırlayan "Peris Costumes” kompaniyasının sahibiHavyer Toledo xəbər verib.

Onun sözlərinə görə, müdafiə vasitələri qocalar evi, xəstəxana və şəhər şuralarına paylanılıb.

Son məlumatlara görə, İspaniyada 152446 nəfər koronavirusa yoluxub, 15 238 nəfər ölüb, 52 165 nəfər isə sağalıb.