adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2020 21:31
16045
DÜNYA
A- A+

Azərbaycanın koronavirusla nümunəvi mübarizəsi Türkiyə mediasında - VİDEO

Azərbaycan hökumətinin yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə mübarizə tədbirləri çərçivəsində gördüyü işlər qonşu ölkələrin diqqət mərkəzindədir.

Oxu.Azxəbər verir ki, Türkiyənin "Haber Global” kanalı ölkəmizdə görülən işlərdən bəhs edən süjet hazırlayıb və bu tədbirləri digər ölkələr üçün nümunəvi olaraq səciyyələndirib.

Süjetdə xüsusi karantin rejimi dövründə əhalinin küçəyə çıxma qaydaları və bunun üçün tətbiq olunan SMS icazə sistemindən məmnunluqla bəhs edilib.

Bundan əlavə, Prezident İlham Əliyevin tapşırığı ilə sahibkarlara edilən maliyyə dəstəyi, ölkədə koronavirusla mübarizə üçün xüsusi xəstəxananın tikintisi, tibbi maska zavodunun fəaliyyətə başlaması və digər hallar diqqət mərkəzinə gətirilib.

Süjetdə həmçinin qeyd olunub ki, Azərbaycanda həm xəstə sayının, həm də bu xəstəlikdən vəfat edənlərin az olması bilavasitə bu tədbirlərin nəticəsidir.

Sözügedən xəbəri təqdim edirik: