adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Aprel 2020 19:30
32510
İQTİSADİYYAT
A- A+

“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü başlayıb.

Trend-in məlumatına görə, görüşün müzakirə mövzusu neft bazarının sabitləşdirilməsi və qiymətdəki ucuzlaşmanın qarşısının alınması üçün mövcud tədarük həcminin azaldılmasıdır. İclasda qeyri-OPEC ölkələrinin nazirləri iştirak edir və yeni "Əməkdaşlıq Bəyannaməsi” müzakirə olunur.

Videokonfrans ərəfəsində dünya bazarında neftin qiyməti bahalaşıb. Belə ki, hazırda "Brent”in bir bareli Londonun ICE birjasında 35,22 dollara alıcı axtarır. "Light” markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 27,05 dollara satılır.

Səudiyyə Ərəbistan isə gündəlik neft hasiltını 4 milyon barel azaltmağa hazırdır.

Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Xatırladaq ki, "Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu il martın 31-də başa çatıb.