adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2020 17:37
9612
GÜNDƏM
A- A+

BNA marşrut sahiblərinə tapşırıq verib

Bakıda fəaliyyət göstərən marşrut xətlərində işləyən avtobusların sayı azaldılmayıb.

Bunu Adalet.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağğayev deyib.

Onun sözlərinə görə, ölkədə xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, marşrut xətlərindəki avtobusların hamısı işləyir:

"Baxmayaraq ki, karantin rejimidir, Bakı Nəqliyyat Agentliyi bütün daşıyıcılara tapşırıq verib. Bilirsiniz ki, ölkədə xüsusi karantin rejimi olduğundan sərnişinlərin sayı 60-70 faiz azalıb və bu da sahibkarlara ziyandır. Buna baxmayaraq, bütün daşıyıcılar xətlərdəki avtobusların hamısını daşımaya cəlb edib. Hazırda hansısa marşrut üzrə avtobusun ləngiməsi karantin şərtləri daxilində tam normaldır".