adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2020 15:50
8856
GÜNDƏM
A- A+

Ziyafət Əsgərov: Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır

Hazırda koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır.

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.

Z.Əsgərov vurğulayıb ki, Azərbaycandakı birlik ölkəmizi istəməyən qüvvələrə təsir edir: "Həmin insanlar utanmasalar, deyərlər ki, koronavirusu dünyaya Azərbaycan hökuməti yayıb. Əli Kərimli, Cəmil Həsənli və s. şəxslər Azərbaycanın düşmənləridir. Azərbaycan xalqı həmişə Prezidentin ətrafında sıx birləşməlidir. Hamı qanuna tabe olmalıdır”.