adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2020 15:17
12484
HADİSƏ
A- A+

İranda epidemiyadan daha 117 nəfər öldü

İranda ötən sutka ərzində yeni koronavirus (COVID19) nəticəsində daha 117 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Bu barədə Adalet.az nazirliyə istinadən məlumat verib.

K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusun yayılması 4 110 nəfərin ölməsi ilə nəticələnib.

Nazirlik rəsmisi deyib ki, ötən 24 saat ərzində daha 1 634 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 66 220 nəfərə yüksəlib. İndiyədək 32 309 nəfər sağalaraq evə buraxılıb.

Cahanpur 3 918 nəfərin vəziyyətinin ağır və kritik qiymətləndirildiyini deyib.

İndiyədək İranda koronavirusun diaqnozu ilə əlaqədar 231 mindən çox test aparılıb.