adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2020 15:11
11347
HADİSƏ
A- A+

İmişlidə ikimərtəbəli ev yanıb

İmişli rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Aranlı kəndində ümumi sahəsi 200 m² olan, tavanı qamışdan ibarət ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 100 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.