adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2020 14:46
8495
GÜNDƏM
A- A+

Milli Məclisin plenar və komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək

Milli Məclisin plenar iclasları və komitə iclasları videokonfrans sistemi vasitəsilə keçiriləcək.

Adalet.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisinin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Nizamnaməyə yeni əlavənin edilməsi təklif edilir. Əlavədə qeyd olunur: "Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar parlamentin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir”.

Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.

Təklif ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.