adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2020 14:41
8299
GÜNDƏM
A- A+

Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir.

Adalet.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

"Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.