adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2020 14:05
9059
GÜNDƏM
A- A+

Korona qitələr üzrə

Koronavirus epidemiyası bir çox ölkənin səhiyyə sistemini aciz duruma salıb. Amma bu virusun regionlar, ölkələr üzrə yayılması bir-birindən kəskin fərqlənir. Ilk olaraq Asiyada meydana çıxan və yayılan virus sonradan Avropa və Şimali Amerikanı özünün mərkəzinə çevirdi. Hətta adını çəkdiyimiz qitə və materiklərdə də ölkələr üzrə virusun yayılması kəskin fərqlənir. Avropada daha çox Aralıq dənizi hövzəsində və qərbi Avropada yayılan virus Şimali Amerikadasa ABŞ-da tüğyan edir. Ən az yayılan yerlərsə Afrika və Okeaniyadır.

Beləliklə, dünyada indiyə kimi milyon yarım insan virusa yoluxubsa onların 747 mini Avropada, 464 mini Şimali Amerikanın payına düşür. Asiyada 253 min, Afrikada 11 min, Cənubi Amerikada 35 min, Okeaniyadasa 7500 insan bu virusa yoluxub.

Dünyada indiyə kimi 88 mindən çox insan vəfat edib.

Virus səbəbindən ölümlərə görə Avropa ilk sıranı əlində saxlayır. Indiyə kimi Avropada 61 min insan həlak olub. İspaniya, İtaliya, Fransa, Britaniyada bu hal daha çox yaşanır.

Şimali Amerikada 15 mindən artıq insan həlak olub ki, onun da 15 minə yaxını elə ABŞ-ın payına düşür.

Asiyada indiyə kimi 9500 insan vəfat edib. Bunların əsas payısa Çin və İranın payına düşür. İranda 4 minə yaxın, Çindəsə 3300-dən çox insan bu səbəbdən ölüb.

Afrikada 576 insan vəfat edib ki, bunun da əksəriyyəti ərəb ölkələri, xüsusən, Əlcəzair və Misirdədir.

Cənubi Amerikada bu günə kimi 1400-dən artıq ölüb yaşanıb. Onların 800-dən çoxu Braziliyadadır.

Okeaniyada 52 ölüm yaşanıb ki, bu ölümlərin 51-i Avstraliyada, birisə Yeni Zelandiyada müşahidə olunub.

Emin Piri