adalet.az header logo
  • Bakı 6°C
09 Aprel 2020 13:30
32133
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb

Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Adalet.az-a Mərkəzi Bankdan məlumat verilib.

Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 7-nə nisbətən 12,2 milyon ABŞ dolları və ya təxminən 18,2% azalaraq 55 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.