adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Aprel 2020 12:55
12591
DÜNYA
A- A+

Rusiyada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçdi

Rusiyada koronavirusa yoluxma göstəricilərində rekord qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 1 459 nəfər koronavirusa yoluxub.

Daha 13 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 10 131 nəfər koronavirusa yoluxub, virusdan ölənlərin sayı 76 nəfərə çatıb.

Ümumilikdə 698 nəfər sağalıb, 9 357 nəfərin müalicəsi davam edir.