adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Aprel 2020 12:52
8767
GÜNDƏM
A- A+

Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

Koronavirus pandemiyasının və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik.

Adalet.az-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Ə.Əsədov bildirib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir:

"Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır. Aprelin 20-ə qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır".

Baş Nazir vurğulayıb ki, koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi sahəsinə mənfi təsirlərini azaltmaq üçün tərtib edilən müfaviq proqramlar vaxtında icra olunacaq: "Həyata keçirilən bütün tədbirlər xalqın sağlamlığını və ölkənin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Biz bu vəziyyətdən ən az itkilərlə çıxmalıyıq və vətəndaşlarımzı qorumalıyıq”.

Dövlət rəsmisi əlavə edib ki, hökumət dünya iqtisadiyyatında gedən prosesləri izləyir və qabaqlayıcı tədbirlər görür: "Neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir və bu alətlər çevik şəkildə həyata keçirilir”.