adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Aprel 2020 12:16
32664
ŞOU-BİZNES
A- A+

Murad Arifdən romantik paylaşım: İndi isə həyatımın hər yerindəsən...

"Azərbaycan şou-biznesində bu şeyləri müxtəlif ölçü meyarları ilə ölçürlər. Mənim şəxsi yanaşmam var. Mənə görə Azərbaycanda ulduz Tolikdir. Səbəb isə odur ki, onun qədər İnstagramda izləyicisi olan ikinci şəxs yoxdur. Murad Arif isə ulduz deyil. M.Arif isə sadəcə, aparıcı, şoumen və mahnı yazarıdır” acıqlaması ilə bir müddət gündəmi zəbt edən bəstəkar-aparıcı Murad Arif yenidənmaraqlı bir paylaşım edib. O,həyat yoldaşının doğum gününü fərqli şəkildə təbrik edib.

Adalet.az xəbər verir ki, Murad sosial şəbəkə hesabından xanımının arxiv və toy fotolarını paylaşıb.

O, paylaşıma"10 il öncə telefonumun üz qabığında idin. İndi isə həyatımın hər yerindəsən.Mümkün olsa daha 50 il bərabər yaşayaq, sonra vəziyyətə baxarıq"şərhini yazıb.


Qeyd edək ki, tanınmış aparıcı, bəstəkar və prodüser Murad Arif 1981-ci ildə Sumqayıtda anadan olub. 2002-ci ildən ölkənin bir çox radio və televiziyalarında dj və aparıcı kimi çalışıb. Murad Arif 2011-ci il sentyabrın 27-də 30-uncu yaş günündə Cəmilə Muxtarova ilə ailə həyatı qurub. O, beş il sevdiyi həyat yoldaşı ilə Disput.az forumunda tanış olub. İsveçdə yaşayan xanım ailə qurduqdan sonra Azərbaycanda yaşayır. M. Arif İctimai kanalın tanınmış aparıcı Könül Arifqızının qardaşıdır.


Əntiqə Rəşid