adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Aprel 2020 22:17
15569
HADİSƏ
A- A+

Naftalanda ov tüfəngi ilə iti güllələyən şəxsin kimliyi bəlli olub - VİDEO

Naftalan şəhərində naməlum şəxs ov tüfəngi ilə küçədəkiiti güllələyib.

Oxu.Azxəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Paylaşımda videonun ötən gün Naftalan şəhəri, Habil Əliyev küçəsi, 31 ünvanında yerləşən binanın qarşısında çəkildiyi qeyd olunub.

Mövzu ilə əlaqədar Naftalan Şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. ŞöbədənOxu.Az-a verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Artıq videogörüntülərdəki şəxsin kimliyi müəyyən olunub. Həmin şəxs Naftalan şəhər sakini Rəhimov Ədalət Qabil oğludur.

Faktla bağlı şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcək.