adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Aprel 2020 21:33
9862
HADİSƏ
A- A+

Xaçmazda ikimərtəbəli evdə yanğın baş verib

Xaçmaz rayonunda ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, digər otağın tavanının taxta atmaları 28 m² sahədə və ikinci mərtəbəsində mətbəx 7 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.