adalet.az header logo
  • Bakı 20°C
08 Aprel 2020 21:51
14283
DÜNYA
A- A+

Türkiyədə koronavirusdan ölənlərin sayı 812 nəfərə çatdı

Türkiyədəson sutka ərzində koronavirusdan(COVID-19)87 nəfər ölüb. Bundan başqa, daha 4 117 nəfərdə yoluxma faktı aşkarlanıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabındayazıb.

Bununla da Türkiyədə koronavirusdan vəfat edənlərin sayı 812 nəfərə çatıb. Ümumilikdə38 226 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1846 nəfər müalicə alaraq evinə buraxılıb.