Bəşəriyyət haqqında həbs qətimkan tədbiri seçildi... - SEYRAN SƏXAVƏT

23881 | 2020-04-13 09:00

Koronoviruspandemiyası ilə bağlı yazıçı Seyran Səxavətə müraciət etdik. "Mən sizin bu günverdiyiniz suala 11 il əvvəl yazdığım "Yəhudi əlifbası”adlı romanımla cavabvermişəm. Əsərin başlanğıcından bir hissəni"Ədəbiyyat qəzeti”ninoxucularına təqdim edirəm” – dedi.

Hörmətli Adam!

Nə vaxt yeməkdən doyub pəndam olsan, başın açılsa, gəl mənim yanıma, ərinmə,bir az da mən baxan tərəfdən bax Dünyaya - özü də qorxma, mən adamyeyən deyiləm.Diqqətlə baxsan görəcəksən ki, mən də sənə oxşayıram - gözlərim var, ağız-burnum,qulaqlarım, ayaqlarım, əllərim var.

Gəl. Qorxma. Mən adam əti yemirəm. Orasını da bəri başdan deyirəm ki, mənimyanımda dayansan peşman olacaqsan, fikirləş.

Gözləyirəm.

Mən elə həmişəki yerimdəyəm...

Ancaq əsnəmə, əsnəsən səni qovacam!

Müəllifdən

- Qalxın, Gələn gəlir!!!

Bütün bəşəriyyət dik qalxdı.

Qəbirlər də dikəldi, baş daşları ilə üzbəüzdayandı.

Zaman da dikəlib dayanan kimi Gələn gəldi,Yer kürəsi sətəlcəm olmuş adam kimi ölü sükuta büründü, bu sükut ağappaq idi, kəfənəoxşayırdı. Bu ölü sükutu Gələndən başqa bir kimsə dirildə bilməzdi və O dadiriltdi:

- İnsan Adəm və Həvvadeyilən saatdan sizlərin dik qalxdığınız saata qədər çooox uzun bir yol keçib vəSizin qiymət almaq saatınız yetişib, qulaq asıııınn...

- Sülh, iki.

- Müharibə, beş.

- Gözütoxluq, iki.

- Nəfs,beş.

- Allah xofu, iki.

- Allahsızlıq,beş.

- Həqiqət, iki.

- Yalan,beş.

- Könüllülük, iki.

- Zor,beş.

- Hippokrata sədaqət, iki.

- Terror,beş.

- Əl tutmaq, iki.

- Əl kəsmək,beş.

- Vətənpərvərlik, iki.

- Özünüsevərlik,beş.

- Halal, iki.

- Haram,beş.

- Təbiətə sevgi, iki.

- Təbiəti xaraba qoymaq,beş.

- Səmavi ləzzət, iki.

- Narkoləzzət,beş.

- Alnıaçıqlıq, iki.

- Üzüqaralıq,beş.

- Sivilizasiya, iki.

- Yerində saymaq,beş.

- Mərdlik, iki.

- Yaltaqlıq,beş.

- Mərhəmət, iki.

- Qaniçmə,beş.

- Mənəvi quraqlıq, iki.

- Zina, beş.

- Söz, iki.

- Boşboğazlıq, beş.

- Səs, iki.

- Həvəs, beş.

Sükut yenə çabalaya-çabalaya Öldü və Gələn bu ölünü təzədən diriltdi:

- Bütün bunları əsas götürərək qərara alıram: - Bütün Bəşəriyyət haqqında həbsqətimkan tədbiri seçilsin və haqqında cinayət işi qaldırılsın. Bu hökmdən biray müddətində Allahdan yuxarı bir kimsə tapsanız, quşların vasitəsilə ona şikayətedə bilərsiniz...

Sükut təzədən partdam-partdama düşdü, çabaladı, çabaladı və öldü - bu dəfəonu dirildən olmadı.

Gələn necə gəlmişdisə, eləcə də getdi - nə gələndə görən olmuşdu, nə də gedəndəgörən oldu.

Bəşəriyyət ayaq üstə donmuşdu, heykələ dönmüşdü - axır ki, Bəşəriyyətə dəheykəl qoyan tapıldı...

Dünyanın bütün saatları çıqqıldaya-çıqqıldaya, taqqıldaya-taqqıldaya,şaqqıldaya-şaqqıldaya və nəhayət hıqqıldaya-hıqqıldaya dayandı - Zamandayanmışdı...

Dünyanın insan əli, ayağı, nəfəsi dəyməyən cənnət bir guşəsində mələklərkörpələri əmizdirirdilər - doğum evinə oxşayırdı buralar, uşaqları da nömrələmişdilər,adları yox idi...

Uşaqlar harda olduqlarını bilmirdilər, elə mələklər də. Onları Allah yerbəyereləmişdi. Bu məkanda demək olmazdı ki, Zaman dayanmışdı və yaxud dayanmamışdı,bu məkanda Zaman yox idi.

Bu uşaqlar nə heykəlləşmiş valideynlərinbalaları idilər, nə də Zamanın - bu uşaqlar Allahın balaları idilər.

Allahın körpələrə bir az rəhmi gəlmişdi,elə körpələr də Allahı bir az rəhmə gətirmişdilər. Və bu rəhm Allahın nəzamansa adamlara elədiyi rəhmə oxşamırdı və bu rəhmin özü də körpə idi, sankikörpələr üçün idi...

Mələklərdən biri necə qışqırdısa şeytanlardünyanın hər yerindən tökülüb gəldilər, bu məkanı mühasirəyə alıb təəccübləbir-birlərini süzəndən sonra pıqhapıq başlandı, davam elədi və sonda xorla yerüzünü başına götürən uzun-uzadı bir qəhqəhə çəkdilər və çıxıb getdilər. Məlumoldu ki, mələklərdən biri körpəni əmizdirərkən uşaq onun döşünü dişləyib vəonun döşündən süd əvəzinə ağappaq qan tökülüb...

Şeytanların qəhqəhəsi mələklərinqulaq pərdəsinə tərəf sürünməkdə idi...

Şeytanlar çıxıb getsələr də nəfəsləri bu məkanatoxunmuşdu, indi bu məkan toxuntulu idi. Bu toxuntunu isə Allahdan başqa heç kəsgötürə bilməz.

edebiyyatqazeti.az

TƏQVİM / ARXİV